21-12-2015 [12:26]
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Mərkəzi bankı qərarı ilə ölkə valyutası üzən məzənnəyə keçib. Bununla da manatın hazırda dolların rəsmi məzənnəsi 47,63% və ya 0,501 manat artaraq 1,5500 manat olub.i
Avrozonanın vahid valyutası da 47,88% və ya 0,5456 manat artaraq 1,6850 manata yüksəlib. Bununla da Azərbaycan manatı 10 ay ərzində 98% devalvasiyaya məruz qalıb.
Dolların bahalaşmasından sonra bu valyuta ilə olan kreditlərin aqibəti müzakirə mövzusuna çevrilib. Dollarla kredit götürən vətəndaşların aqibəti necə olacaq?
İqtisadçı Oqtay Haqverdiyevin azvision-a açıqlamasında bildirib ki, dollarla olan kreditlərin ödənişi üçün güzəştlər edilməlidir:
"Qonşu Rusiya devalvasiyadan sonra belə qərar qəbul etdi ki, köhnə məzənnə ilə dollar krediti götürənlər, elə həmin məzənnə ilə də ödəniş edirlər. Ölkəmizdə fevralın 21-də olan devalvasiyadan sonra əhali bahalaşma ilə kreditini ödəməyə başladı. İndi isə vəziyyət tam fərqlidir. İndi bu istiqamətdə ciddi addım atılmasa, vəziyyət ağırlaşacaq. Belə ki, vətəndaşlar nə zaman dollarla kredit götürüblərsə, həmin məzənnəyə uyğun olaraq da borcları geri qaytarmalıdırlar”.
Ekspert Vüqar Bayramovun sözlərinə görə, bu qərar bank sektoruna böyük təsir edəcək.
İqtisadçı bildirib ki, bank sektorunda dollarla götürülən kreditlərin geri qaytarılmasında çətinlik yaranacaq: "Eyni zamanda, əhali tərəfindən banklara qoyulan əmanətlərin geri götürülməsi prosesi sürətlənə bilər, çünki artıq vətəndaşlar əmanətlərini banklarda saxlamamağa çalışacaq”.
V.Bayramov hesab edir ki, dollarla götürülən kreditlərin geri qaytarılması üçün yeni mexanizm müəyyənləşdirməlidir: "Əmanətlərin qorunması, indeksasiyası həyata keçirilməlidir. Eyni zamanda, xarici öhdəliklərinin yerinə yetirilməsi üçün banklara yardımların və aşağı faizli mərkəzləşməmiş kreditlərin verilməsinə ehtiyac var ki, bank sektoru dolların bahalaşmasının kəskin mənfi təsirini hiss etməsin. Bankların xarici borcları dollarla olduğu üçün borcların geri qaytarılmasında çətinliklərin olacağı gözlənilir. Bu baxımdan Mərkəzi Bank bankların sağlamlaşdırılması üçün təcili tədbirlər həyata keçirməlidir”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə milli komandası səfərdə Gürcüstanı məğlub edib
Bakıda bu ərazilərdə sabah qaz olmayacaq - Açıqlama
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Ermənilər Bakıda növbəti dəfə hakim qarşısına çıxarıldılar
Zelenski: "Ukraynanın əsas təhlükəsizlik zəmanəti güclü ordudur"
Qalmaqallı məktəbə direktor təyin edilib
XİN: "Bu çətin gündə qardaş Sudan xalqının kədərini bölüşürük"
Oleq Bakinski bəraət istəyir
"Telegram"da artan dələduzluq halları araşdırılır
Deputat və jurnalistlər... - "Jurnalistlər Binası"nda xidmət haqqını ödəməkdən yayınanların adları elan olunacaq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Peşə məktəblərinə qəbulun nəticələri açıqlandı
Sabah Sumqayıtda bu küçədə qaz olmayacaq
Geri çağırılan səfir kimdir? - Leyla Abdullayevanın yoldaşı...
Pambığa görə subsidiyalar artırıldı - QƏRAR
PREZİDENT BU ÖLKƏDƏKİ SƏFİRİ GERİ ÇAĞIRDI - Sərəncam
“Adam baltalamaq istəyən Ağadadaşı heç bu qədər məhkəməyə çağırmayıblar” - Şərurlu İsfəndiyar
İcra başçısının birinci müavini vəzifədən çıxarılıb
"Tağıyev: Neft" filmi "Oskar" mükafatına namizəd kimi təqdim olunub
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
Nazir Vilayət Eyvazov 172 nəfəri qəbul edib - Polis olmaq istəyən 121 nəfər isə... (VİDEO)
Məni də tək yox, hamı ilə birlikdə saxlamışdılar" - Nadir Qafarzadə
Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat: 41 nəfər saxlanıldı
Xalq artisti: "Sənin bədənini sevgilin, həyat yoldaşın görsün, lakin..." - “Qadın ifaçılar özlərini satılıq mal kimi səhnəyə çıxarırlar” (VİDEO)
Qəzzada aclıq: 24 saatda daha 3 nəfər ölüb
Qazaxıstanın xarici işlər naziri Çindən qayıdarkən saxlanılıb? - İddialara rəsmi reaksiya (YENİLƏNİB)
Afaq Bəşirqızının ordeni təqdim edildi - FOTOLAR
Prezident Yusif Səmədoğlu barədə sərəncam imzaladı
Sabah hava necə olacaq? - Proqnoz
Şərurlu İsfəndiyarın məhkəmə prosesi keçirilib
Kolleclərə qəbul olunanların qeydiyyat tarixi açıqlanıb
"Kayserispor" yarımmüdafiəçi transfer edib
Bacısı oğluna işgəncə verən qadın həbs edildi
Bakıda məktəbdə qalmaqal: direktordan şikayətlənən müəllimlər işdən çıxarılıblar - VİDEO
"Trabzsonpor" Benjamin Buuari ilə anlaşıb
Səyyaf Aran: "Fikirləşdilər ki, bunlar uşaq-muşaqdırlar" - "Milli Məclisdə Qurban Qurbanovun namizədliyini irəli sürəcəyəm"
"Daha rüstəmlər ölməsin” - DİN sözçüsündən gənclərə çağırış
Erkin İbrahimov "Kəpəz"dən uzaqlaşdırılıb
Mərkəzi Bank vəzifəli şəxsi cərimələyib
Sabiq "Beşiktaş"lı "Feyenoord"a keçib
İcra başçısını telefonda söydü, 100 manat cərimələndi
Tunis Fransaya nota verdi - Ölüm işinə görə