Türkiyə milli komandası səfərdə Gürcüstanı məğlub edib

img

04-09-2025 [22:36]


Türkiyə milli komandası 2026-cı il futbol üzrə dünya çempionatının Avropa Təsnifat mərhələsinin E qrupunun ilk oyununda Gürcüstan ilə səfərdə qarşılaşıb.

Mia.az xəbər verir ki, Türkiyə milli komandası səfərdə 3-2 hesabı ilə qalib gəlib.

Matçın 3-cü dəqiqəsində Mert Müldürün qolu ilə Türkiyə hesabı 1-0 edib. Kerem Aktürkoğlu, 41 və 52-ci dəqiqələrdə qol vuraraq hesabı 3-0 edib.

Gürcüstanın 2 qolu isə, 63-cü dəqiqədə Zuriko Davitashivili (3-1) və 90+8-ci dəqiqədə Khvica Kvaratskhelia (3-2) tərəfindən vurulub.

Xatırladaq ki, 71-ci dəqiqədə Türkiyə millisinin futbolçusu Barış Alper Yılmaz qırmızı vərəqə alaraq meydandan qovulub.

Fərid Əhmədov

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR