Cahangir Hacıyev Bakı İstintaq Təcridxanasına köçürüldü

img

20-12-2015 [16:53]


Barəsində həbs qətimkan tədbiri seçilmiş "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Mia.az xəbər verir ki, bu barədə report-a C.Hacıyevin vəkili Aqil Layicov məlumat verib.

O, hazırda C.Hacıyevin 1 saylı Bakı İstintaq Təcridxanasında olduğunu deyib.

Xatırladaq ki, C.Hacıyev dekabrın 5-də həbs edilib. O, həmin vaxtdan Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) saxlanılırdı.

Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:39 04.04.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA