Rusiyalı nazirdən XƏBƏRDARLIQ: “Fərat çayına kimi gedəcəyik”

img

16-12-2015 [17:10]


Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün Dövlət Dumasında keçirilən qapalı iclas zamanı ordunun "Fərata kimi irəliləmək” gücündə olduğunu deyib. 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki. bununla belə rusiyalı nazir rus ordusunun quru əməliyyat keçirmək planlarının olmadığını deyib.

Dövlət Dumasının müdafiə komitəsinin sədri Vladimir Komoyedovun sözlərinə görə, Şoyqu "Fərat çayına irəliləmək” deyərkən məhz Suriya hökumət ordusunu İraqla sərhəddə nəzarəti bərpa etməsini nəzərdə tutuduğunu deyib.

Deputat əsas ağırlığın Suriya ordusunun üzərinə düşdüyünü, lakin Rusiya Hava və Kosmik Qüvvələrinin də onlara hər cür yardım edəcəyini deyib.

Rusiya oktybarın 30-dan bəri Suriyadakı radikal terrorçu qruplaşmaların mövqelərinə zərbələr endirir. Bu məqsədlə ölkə bu il 900 milyon, gələn il isə 1,3 milyard dollar xərcləməyi planlaşdırır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA