Saakaşvili ilə nazirin "Stəkan davası"nın videosu yayıldı - VİDEO

img

16-12-2015 [17:06]


Mixail Saakaşvili ilə Ukraynanın Daxili İşlər naziri Arsen Avakov arasındakı münaqişənin görüntüləri ictimaiyyətə təqdim edilib.

Görüntülərdə Avakovun Saakaşvilinin ləhcəsini təhqir edərək, onun üzərinə stəkan atdığı təsdiqlənir. Bu olaya qədərsə, bir neçə dəfə Ukrayna Prezidenti Pyotr Poroşenko onları sakitləşdirməyə çalışıb. Bunun ardınca isə Avakov yenə də Saakaşviliyə qarşı müxtəlif ağır ifadələr işlədib. Saakaşvili isə həm Yaçenyuku, həm də Avakovu quldur adlandırıb və onların korrupsiya əməllərini sübut edəcəyini bildirib:

Qeyd edək ki, ölkə prezidenti Pyotr Poroşenko da baş verənlərə etirazını bildirmiş, bunu yolverilməz adlandırıb:

"Milli Şurada kobud söyüş və təhqir işlətmək, xüsusən də, insanın milli ləyaqətinə toxunan, onun Ukrayna vətənpərvərliyini şübhə altına irqçi çıxışlar yolverilməzdir”.

Ölkə başçısı eyni zamanda, korrupusiya ilə mübarizəni piar alətinə çevirdikləri üçün hər iki siyasətçini tənqid edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA