"Sizə imkan verməyəcəm” – Saakaşvili baş nazirə meydan oxudu

img

15-12-2015 [16:30]


Odessa qubernatoru Mixail Saakaşvili bəyan edib ki, daxili işlər naziri Arsen Avakovun və baş nazir Arseni Yatsenyukun təhdidlərinə baxmayaraq, Ukraynadan getmək fikrindən deyil.

Avropa.info xəbər verir ki, Saakaşvili onlara Ukraynanı qarət etməyə imkan verməyəcəyini bildirib. Bu yaxınlarda Avakov islahatlar şurasının iclasında təhqirə məruz qaldığı üçün stəkandakı suyu Saakaşvilinin üzünə çırpmışdı.

Saakaşvili deyib ki, iclasda o, Ukrayna dövlət idarələrinin necə qarət olunmasından, hər şeyin dəyişdirməyin lazım olmasından danışıb. Bundan sonra Avakov onu korrupsiya və oğurluqda ittiham edərək, Ukraynanı tərk etməsini istəyib. 

Baş nazir Arseni Yatsenyuk isə Odessa qubernatorunu "qastrolyor” adlandıraraq, ölkədən rədd olmağa çağırıb. 

"Heç yerə getməyə hazırlaşmıram. Sizlərə də Ukraynanı soymağı davam etdirməyə imkan verməyəcəm” – deyə Saakaşvili bildirib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA