Türkiyədə toqquşma: 2 ölü, iki yaralı var (FOTOLAR)

img

14-12-2015 [22:02]


Türkiyənin Diyarbəkir şəhərində polislə nümayişçilər arasında toqquşma baş verib. Nəticədə 2 nəfər ölüb, 2 nəfər yaralanıb, xeyli sayda adam nəzarət altına alınıb.

Türkiyə KİV-lərinin verdiyi məlumata görə, bu gün Türkiyə polisi Diyarbəkirin küçəyə çıxmaq yasağı tətbiq edilmiş Sur rayonunda PKK terrorçu təşkilatının üzvlərinin qazdığı xəndəklərin doldurulması, barrikadaların qaldırılması və terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyat keçirib.

Xalqların Demokrat Partiyası (HDP) isə Diyarbəkir valililiyinin xəbərdarlığına baxmayaraq Sur rayonunda tətbiq edilmiş küçəyə çıxmaq qadağasına etiraz məqsədilə xalqı aksiyaya çağırıb. Nəticədə rayondakı əksər obyektlər qapadılıb, bələdiyyə avtobusları marşrut xəttinə çıxmayıb, şagirdlər məktəbə getməyib.

Aksiya zamanı polislər yolu bağlamağa cəhd göstərən və onlara daşlarla müdaxilə edən nümayişçilərin qarşısını almaq üçün havaya xəbərdarlıq atəşi açıb, sonra gözyaşardıcı qazdan və su şırnağından istifadə edib. 

Türkiyə polisi hazırda toqquşma zamanı açılan atəş nəticəsində ölən nümayişçilərin şəxsiyyətini müəyyənləşdirir ("Report"). 









Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA