Rusiyanın hərbi təyyarəsi Türkiyənin hava sahəsinə girəcək - Açıqlama

img

14-12-2015 [14:01]


Rusiya "Açıq Hava Sahəsi Razılaşması” çərçivəsində hərbi təyyarələrinin Türkiyə hava məkanında müşahidə uçuşları keçirəcəyini açıqlayıb.

Avropa.info xəbər verir ki, bu haqda Rusiyanın Müdafiə Nazirliyinin Nüvə Riskinin Azaldılması Mərkəzinin rəhbəri Sergey Rıjkov jurnalistlərə açıqlaması zamanı söyləyib.

O, Rusiya Hərbi Hava Qüvvələrinə aid An-30B tipli müşahidə təyyarəsinin bir qrup mütəxəssislə Türkiyə səmalarında müşahidə uçuşu edəcəyini, uçuşun marşrutu haqda isə rəsmi Ankara ilə razılaşma əldə ediləcəyini bildirib. 

Ərzurumdan havaya qalxacaq təyyarənin 14-18 dekabr tarixlərini arasında ediləcək müşahidə uçuşunu, türk hərbçiləri də müşayiət edəcək. 

Türk hərbçiləri uçuş əsnasında hansı cihazların istifadə olunacağına və razılaşmaya ımıl olunub-olunmayacağına nəzarət edəcəklər. Uçuş marşrutunun isə maksimum 1500 kilometr olacağı söylənilir. 

Rıjkov keçiriləcək olan müşahidə uçuşunun müqavilənin olduğu ölkələr arasında hərbi sahələrdə qarşılıqlı açıqlıq və şəffaflıq siyasətinin inkişaf etdirilməsi və güvənin artırılması, təhlükəsizliyin möhkəmləndirilməsi məqsədiylə həyata keçiriləcəyini bildirib.

"Açıq Hava Sahəsi Razılaşması”nda iştirak edən dövlətlər bir-birlərinin hava sahəsində müşahidə uçuşları edə bilir. Razılaşmada 34 ölkə iştirak edir. Rusiya bu razılaşmaya 26 may 2001-ci ildə daxil olub və bu günə qədər Türkiyə səmasında 32 müşahidə uçuşu həyata keçirib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA