“Səhvlər qaçılmazdır..." - Lukaşenko Ərdoğanla Putinə səsləndi

img

12-12-2015 [14:01]


Belarus prezidenti Aleksandr Lukaşenko Türkiyə və Rusiya liderlərini bir-birinə qarşı "heç olmasa, yarım addım” atmağa və ölkələr arasında əvvəlki xoş münasibətləri bərpa eləməyə çağırıb.

Musavat.com-un xarici qaynaqlara istinadən verdiyi xəbərə görə, bu barədə o, neytrallıq siyasətinə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı bildirib.

"Səhvlər qaçılmazdır və aranı bir az da gərginləşdirmək lazım deyil, əksinə, güzəştlərə və kompromislərə getmək lazımdır. Bu, həm də Rusiya ilə Türkiyə arasında son konfliktə də aiddir” – deyib Lukaşenko. 

Onun sözlərinə görə, "emosiyaları qızışdırmağa gərək yoxdur, heç olmasa, bir-birinə doğru yarım addım atmaq lazımdır, o zaman problemlər də həllini tapacaq və bu xalqlar və dövlətlər arşında mövcud olmuş yaxın, xeyirxah münasibətlər bərpa olunacaq, mütləq bərpa olunacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA