“Hədəflər məhv ediləcək” - Putindən XƏBƏRDARLIQ

img

11-12-2015 [15:46]


Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasına qatılaraq sərt fikirlər səsləndirib.  ​​

Rusiya KİV-ləri xəbər verir ki, Putin Suriyada yerləşdirilən rusiyalı hərbçilərə mane olan istənilən hədəfin məhv ediləcəyini deyib:

"Hərbçilərimizə qarşı hər hansı təxribat etməyi düşənənlərə xəbərdarlıq edirəm. Onsuz da, Suriyadakı şəxsi heyət və aviabazalar müasir raket sistemləri ilə qorunur. Aviasiyanın bütün addımları isə qırıcı təyyarələrin müşayiəti ilə aparılır. Hərbçilərimizə təhlükə törədən istənilən hədəf məhv ediləcək. Müdafiə Nazirliyinə əmr edirəm ki, belə hallarda maksimum sərt cavab verilsin”.  

Bununla belə, Putin Rusiya ilə terrorizmə qarşı əməkdaşlıq etmək istəyən ölkələrə də qapılarının açıq olduğunu deyib(Modern.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA