Ermənistanda ara qarışır; Etiraz aksiyaları başladı

img

10-12-2015 [15:35]


Ermənistan paytaxtı İrəvanda müxalifətin dinc aksiyası "Azadlıq" meydanında dağıdılıb.

Bu barədə AzVision.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, etiraz aksiyası "Azadlıq” meydanında keçirilirmiş.

Məlumata əsasən, meydanda müxalifət təmsilçiləri ilə polislər arasında qarşıdurma yaranıb. Etiraz aksiyasının iştirakçıları arasında tutulanların olduğu bildirilir.

Polis müxalifət təmsilçilərinin meydanda qurduğu çadırları söküb.

Qeyd edək ki, dekabrın 6-ı Ermənistanda Konstitutsiya İslahatları ilə bağlı referendum keçirilib. Rəsmi nəticilərə əsasən seçkilərdə seçicilərin 50,51%-i, yəni 1 milyon 296 min nəfər referendumda iştirak edib. Referendumda səs verənlərin 63,35 faizi konstitusiya islahatı layihəsinin lehinə səs verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA