"...nüvə başlığı ilə də təchiz oluna bilər” - Putin kimə eyham vurur?

img

09-12-2015 [13:33]


Rusiya İŞİD-lə mübarizədə nüvə silahından istifadə edə bilər.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Müdafiə naziri Sergey Şoyqu ilə görüşü zamanı eyham vurub.

Putin İŞİD-in Aralıq dənizindəki "Rostov Don” sualtı qayığından ilk dəfə "Kalibr” qanadlı raketlərlə vurulmasını yüksək qiymətləndirib: "Bu, müasir və yüksək keyfiyyətli, yüksək dəqiqliyə malik silahdır. Ənənəvi və xüsusi başlıqdan əlavə, nüvə başlığı ilə də təchiz oluna bilər”.

Qeyd edək ki, Rusiya ötən gün İŞİD-i Aralıq dənizindəki "Rostov Don” sualtı qayığından ilk dəfə olaraq "Kalibr” qanadlı raketilə vurub.

Axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA