"Heç kim alçaqcasına və xaincəsinə vurulan bu cür zərbəni gözləmirdi" - Putindən daha bir xəbərdarlıq

img

09-12-2015 [11:44]


Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindən vurulan "SU-24" təyyarəsinin "qara qutusun"dan müəyyən ediləcək məlumatlardan asılı olmayaraq, Rusiyanın Türkiyəyə münasibəti dəyişməz qalacaq. 

APA bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə bildirib. Onun sözlərinə görə,  "qara qutu"nun "oxununlması" prosedurunda iştirak etmək istəyənlərin hamısını dəvət etmək lazımdır.      
 
"Bu başdan qeyd etmək istərdim ki,  müəyyən ediləcək məlumatlardan asılı olmayaraq, bizim Türkiyə hakimiyyətinin törətdiyi əmələ münasibətimiz dəyişməyəcək. Bir daha demək istəyirəm ki, biz Türkiyəyə yalnız dost ölkə deyil, terrorla mübarizədə müttəfiq sayırdıq və heç kim alçaqcasına və xaincəsinə kürəyə vurulan bu cür zərbəni gözləmirdi". 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA