Türklər Avropaya vizasız gedəcəklər

img

08-12-2015 [17:35]


"Biz Aİ-yə üzvlük üzrə milli planımızı realizə edəcəyik və 2016-cı ilin oktyabr ayından Türkiyə vətəndaşları Avropa İttifaqına sərbəst səfər edə biləcəklər".

Virtualaz.org TRT Haber-ə istinadən bildirir ki, bunu bu gün Türkiyənin baş naziri Əhməd Davudoğlu parlamentdə çıxışı zamanı bəyan edib.

"Avropa İttifaqının tamhüquqlu üzvlüyü bizim üçün çox mühümdür. Biz danışıqlar prosesini sürətləndirəcəyik. Məhkəmə sistemimiz ilə məşğul olacağıq. Biz Aİ-yə üzvlük üzrə milli planımızı realizə edəcəyik və 2016-cı ilin oktyabr ayından Türkiyə vətəndaşları Avropa İttifaqına sərbəst səfər edə biləcəklər”, - o deyib.

Davudoğlu həmçinin qeyd edib ki, bu yaxınlarda keçirilən Türkiyə-Aİ sammitində ciddi uğurlar əldə edilib.

"Avropa İttifaqı başlanğıc üçün suriyalı qaçqınlara yardıma görə 3 milyard avro ayırmağı vəd edib”, - Davudoğlu vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA