Türkiyə rus qazından imtina edir? - Ərdoğandan Putinə qərarlı xəbərdarlıq

img

05-12-2015 [18:56]


Türkiyə Rusiyadan savayı başqa neft-qaz təchizatçıları da tapa bilər.

Musavat.com-un məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Biz başqa təchizatçılar da tapa bilərik”, - deyə prezident yerli telekanallardan birində çıxışı zamanı söyləyib.

Türkiyə qaza olan tələbatının 55-57%-ni Rusiya hesabına ödəyir.
Rusiyanın energetika naziri Aleksandr Novak az öncə bəyan eləmişdi ki, Rusiya ilə Türkiyə arasında "Türk axını” qaz kəmərinə dair danışıqlar dayandırılıb. Lakin "Qazprom” ikitərəfli müqavilə əsasında Türkiyəyə qaz satışını davam etdirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA