Türkiyə ilə Rusiya dənizdə də toqquşur - 4 rus gəmisi həbs edildi

img

05-12-2015 [16:57]


Təyyarə insidentindən sonra Rusiya ilə Türkiyə arasında başlayan böhran dənizçilik sektoruna da sıçrayıb.

Türkiyə mətbuatı xəbər verir ki, Rusiyanın yük daşıyan 4 gəmisinə Samsun limanında həbs qoyulub. Böyük ehtimalla Ankara bu addımı Türkiyənin 5 gəmisinin Rusiyada saxlanılmasına cavab olaraq atıb.

Məlumatlara görə, nəzarətə götürülən rus gəmilərinin sayı 6 olub. Onlardan ikisi sənəd yoxlanışından sonra sərbəst buraxılıb.

Qalan 4-nün həbsdən sonrakı aqibəti qeyri-müəyyən qalır(Strateq.az).  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA