"Türk hərbçilərini vurmaq üçün hazırıq" - İraq rəsmisi

img

05-12-2015 [11:54]


"Türk əsgərlərin Mosul yaxınlığındakı hərbi bazaya yerləşdirilməsi barədə yayılan xəbərlər doğrudur".

Axar.az xəbər verir ki, bu barədə İraq Parlamentinin Təhlükəsizlik Komissiyasının rəhbəri Hakim Zamil deyib.

O, Türkiyənin bu addımının ölkənin suverenliyinə təhdid törətdiyini bildirib: "Türk əsgərlərin Mosul yaxınlığındakı hərbi bazaya yerləşdirilməsi barədə yayılan xəbərlər doğrudur. Türk əsgərləri işğalçıdır. Onlar İraqın suverenliyinə təhlükə törədirlər. İraq Hərbi Hava Qüvvələri türk hərbçilərini vurmaq üçün Baş nazir Heydər Abadiyə müraciət edib. Onlar hərəkətə keçmək üçün əmr gözləyirlər”.

Qeyd edək ki, ötən gün Türkiyə Silahlı Qüvvələri Mosulda peşmərgəyə hərbi təlimlər keçən əsgərləri yeniləri ilə əvəzləyib. Bundan əlavə bölgəyə 25 tank da göndərilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA