İran qərar verdi - Qırıcılar Suriyaya göndərilir

img

04-12-2015 [11:38]


İngiltərə Qərb koalisiyasında daxil olduqdan sonra rəsmi Tehran Suriyaya döyüş təyyarələri göndərəcəyini açıqlayıb.

CNN xəbər verir ki, İran yaxın günlərdə iki hərbi təyyarəsini Dəməşqə göndərməyi planlaşdırır. Sözügedən təyyarələr İŞİD-ə qarşı əməliyyatlarda iştirak edəcək.

Xəbərə görə, İran Hərbi Hava Qüvvətləri Dəməşq rəhbərliyi ilə görüşərək Xüms yaxınlığındakı Tias hava limanından istifadə üçün icazə alıb.

Qeyd edək ki, bu vaxta kimi Tehran rəhbərliyi Əsəd rejiminə quru əməliyyatlarda yardım edirdi(Axar.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA