Nardaranda təzyiqlərlə üzləşən KİV nümayəndələri istintaqa çağırıldı

img

03-12-2015 [12:18]


Bakının Nardaran qəsəbəsində təzyiqlərə məruz qalmış "Azad Azərbaycan” Televiziyasının (ATV) əməkdaşları hadisə ilə bağlı aparılan istintaqa cəlb olunublar.

"Report”un xəbərinə görə, ATV-nin sürücüsü, müxbir və operatoru istintaqa dəvət edilib. Onlar Nardaranda təzyiqə məruz qalmaları, habelə televiziyanın avtomobilinə zərər vurulması barədə suallara cavab veriblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) noyabrın 26-da Nardaranda əməliyyat keçirib. Əməliyyatdan sonra ərazidə çəkiliş aparmaq istəyən bir neçə KİV əməkdaşına təzyiq edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA