Rusiya dövlət telekanalında şok: "Göstərdiniz ki, böyük dövlət deyilsiniz” -VİDEO

img

03-12-2015 [01:43]


Polşalı jurnalist, politoloq Yakub Koreyba Rusiya dövlət televiziyasında Rusiyanı şoka salan açıqlamalar verib.

"Vladimir Slovyovla axşam” proqramında Rusiyanın Su-27 bombardmançı təyyarəsinin Türkiyə tərəfindən vurulmasını şərh edən polşalı jurnalist Rusiyanın dövlət olmadığını və alçaldıldığını deyib.

O, "təyyarə böhranı”nda Rusiyanın Türkiyəyə uduzduğunu bildirib: "Bu və ya digər sammitdə yaxşı Olland və pis Obama, yaxşı generallar və pis Ərdoğan oyunu oynanılır. Əslində isə sizinlə oyun oynayırlar və siz də bunların hamısına gedirsiniz. Siz Suriyada Türkiyənin təsir zonasına daxil oldunuz və uduzdunuz. Və cavab olmayacaq. Sizə hər şeyi göstərib, sizi alçaltdılar”.

"Pomidorları pilotun ölümünə cavab olaraq sərhəddə saxlamaq cavabdır?” - Yakub Koreyba söyləyib.

Bundan sonra proqramın aparıcısı Vladimir Solovyov polşalı jurnalistin təklifləri ilə maraqlanıb. "Siz Türkiyə bombardmançılarının vurulmasını təklif edirsiniz?” - Solovyov maraqlanıb.

Yakub Koreyba cavab verib ki, Rusiyanın cavabının bu forması daha yaxşı olardı: "Əgər mən böyük dövlət olsaydım, belə edərdim. Və hazırda siz göstərdiniz ki, böyük dövlət deyilsiniz”.



(publika.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA