"Cavab addımlarımız olacaq" - Ərdoğan Putinə xəbərdarlıq etdi

img

02-12-2015 [19:53]


"Türkiyə hakimiyyəti Rusiyanın tətbiq etdiyi sanksiyalarına qarşı cavab addımları üzərində işləyir".

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onu Qətərə səfəri zamanı müşayiət edən jurnalistlərə deyib. 

Onun sözlərinə görə, hakimiyyət "silahlı qüvvələr və digər qurumlarla” məsləhətləşəcək. 

Türkiyədə yaşayan ruslara gəldikdə isə Ərdoğan qeyd edib ki, Türkiyə onların hüquqlarına hörmət etməyə bilməz:

"Türkiyə emosiyalara qapılıb Rusiyadan gələnləri, daşınmaz əmlak alanları və burada yaşayanları ölkədən çıxartmayacaq”, - deyə Ərdoğan bildirib. O həmçinin hesab edir ki, Rusiyadan qaz idxalı dayansa belə Türkiyə batmayacaq.

Biz ömür boyu təbii qazdan istifadə etməmişik – hamı bilir biz onu nə zaman kəşf etmişik. Bu millət əzab çəkməyə alışıb və Rusiyanın bizə qaz verməyəcəyi təqdirdə belə Türkiyə batmayacaq. Mən artıq demişəm ki, Rusiyadan başqa biz digər ölkələrdən də qaz alırıq. Allahın köməkliyi ilə biz bütün problemlərin öhdəsindən gələcəyik”.

Türkiyə prezidentinin sözlərinə görə, Rusiya hazırki böhranda problemə emosional yanaşır: "Rusiyanın nümayiş etdirdiyi mövqe diplomatik deyil. Onlar problemə emosional yanaşırlar. Söhbəti sanksiyalardan başlamaq yaxşı deyil. Hamı Rusiyaya qarşı sanskiya tətbiq edəndə Türkiyə bunu etmədi. Biz dedik ki, Rusiya bizim strateji tərəfdarımızdır və biz onları ərzaq məhsulları ilə təmin edəcəyik”

O, Rusiyanın türk mallarından imtina etməsini dövlət üçün ciddi addım olmadığını deyib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA