Əhməd Davudoğlu: “Heç kim bizdən üzr gözləməsin”

img

30-11-2015 [15:57]


"Heç bir dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirdiyi üçün üzr istəməz”.
Bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi görüşdən sonra deyib. Ə. Davudoğlu bildirib ki, Türkiyənin hava məkanı ölkənin suverenliyinin bir hissəsidir: "Rusiya təyyarəsinin vurulması özünümüdafiə addımı idi. Heç bir ölkə öz vəzifəsini yerinə yetirdiyi üçün üzr istəməz. Ordumuz öz vəzifəsini yerinə yetirdi. Heç bir ölkə öz işimizi yerinə yetirdiyimiz üçün bizdən üzr gözləməsin”.
Ə. Davudoğlunun sözlərinə görə, Türkiyənin gərginliyi artırmaq niyyəti yoxdur: "Hər səviyyədə Rusiya ilə görüşlərə hazırıq”.
apa

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA