Rusiya Suriyada yenə qan tökdü: 40 ölü, 70 yaralı...

img

29-11-2015 [16:11]


Rusiya ordusuna aid qırıcı təyyarələr Suriyanın İdlib şəhərinin Eriha rayonunda bazar meydanını bombalayıblar.

Musavat.com xəbər verir ki, Rusiya qırıcı təyyarələrinin bombardmanı nəticəsində 40 nəfər həyatını itirib, 70 nəfər isə yaralanıb.

İlkin məlumatlara görə, bölgəyə böyük maddi ziayn dəyib, yaralılar dərhal xəstəxanalara yerləşdiriliblər.

Hücum nəticəsində çökən ev və iş yerlərinin altında qalanların olub-olmadığı araşdırılır.

Ölənlərin sayının artacağı da istisna olunmur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA