26-11-2015 [22:40]
"Bu gün Nardaranda baş vermiş iğtişaş son dərəcə xoşagəlməz vəziyyət yaradıb. Durumun ağırlığını təsdiqləyən ilk cəhət insan tələfatının və zorakılığın qeydə alınmasıdır. Məsələnin ikinci tərəfi isə peşə vəzifəsini yerinə yetirən jurnalistlərə qarşı xoşagəlməz rəftarın müşahidə olunmasıdır. Bildiyiniz kimi, Nardaranda ATV telekanalının və «Report» İnformasiya Agentliyinin əməkdaşları təzyiqlərlə üzləşiblər".
Mia.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.
Onun sözlərinə görə, jurnalistlərə qarşı belə təzyiqin qeydə alınması təəssüf və üzüntü doğurur:
"Hesab edirik ki, bu, Nardaran hadisəsinin siyasi mahiyyəti ilə bağlı cəmiyyətdə dolaşmaqda olan fikirlərin təsdiqi baxımından tamamlayıcı faktordur.
Görünür, kimlərsə iğtişaş və xaos mənzərəsinin formalaşdırılması üçün mediaya təzyiq planını da düşünüb. Əks halda peşə borcunu yerinə yetirmək üçün hadisə yerinə gələn media mənsublarının fəaliyyəti əngəllənməzdi".
Millət vəkili bildirib ki, ictimaiyyət içərisində iğtişaşların bir qrup maraqlı şəxs tərəfindən hazırlandığına və həyata keçirildiyinə dair baxışlar var:
"Haqlı olaraq irəli sürülən əsaslandırılmış məntiqi fikir və düşüncələrə də rast gəlinməkdədir. Mediaya təzyiq isə söz və ifadə azadlıqları kontekstində dəyərləndirilən məsələdir. Mövcud durumda jurnalistlərin peşə fəaliyyətini məhdudlaşdırmağa yönələn hərəkətin də sıradan bir vəziyyət olmadığını düşünmək mümkündür. Azərbaycan Mətbuat Şurası belə qənaətdədir ki, iğtişaşı yaradan amillərin aşkarlanması nə qədər aktual əhəmiyyət kəsb edirsə, jurnalistlərə qarşı kobud rəftarı doğuran səbəblərin müəyyənləşdirilməsi də bir o qədər zəruridir, mütləqdir".
Ə.Amaşovun sözlərinə görə, Azərbaycan Mətbuat Şurası Nardaranda baş vermiş iğtişaşları işıqlandıran jurnalistlərg təzyiqi qətiyyətlə pisləyir. Şura ümid edir ki, hüquq-mühafizə orqanları məsələyə dərindən yanaşacaq, müvafiq hüquqi ölçü tədbiri götürəcəklər:
"Mətbuat Şurası günahkarların layiqli cəzalarını almaları üçün səlahiyyətləri çərçivəsindəki bütün mümkün vasitələrdən istifadə edəcək, müvafiq dövlət qurumları qarşısında məsələ qaldıracaqdır.
Azərbaycan Mətbuat Şurası həmçinin media orqanlarını Nardaranda baş vermiş iğtişaşların işıqlandırılmasına həssas yanaşmağa, hadisənin mahiyyətini düzgün şəkildə çatdırmağa, cəmiyyətdə təfriqə yarada biləcək fikir və düşüncələri yaymamağa, ümumən peşə borcunu məsuliyyətlə yerinə yetirməyə çağırır".
Türkiyədə dənizdə Rusiya-Ukrayna müharibəsində vurulmuş PUA-sı qalığı tapıldı - FOTO
"Sivasspor"da baş məşqçisi təyinatı oldu
ABŞ Vitse-prezidenti Bakıda: İlham Əliyevlə görüş oldu, birgə mühim mesajlar verildi - VİDEO, FOTOLAR (Yenilənir)
Deputatın şirkəti il başlar-başlamaz 10,7 milyonluq sifariş alıb – “Azəri Med” hansı qurumların tenderlərini qazanıb?
Ruben Vardanyan Bakıda məhkəmədə - Erməni milyonçu Füzulinin şeirini və Hüseyn Cavidin poemasını oxudu
Qurban Qurbanov: "Futboolçuları ələ almaq, əldə saxlamaq asan deyil"
Agentlik sədrinə birinci müavin və müavinlər təyin edildi - Onlar kimdir? + FOTOLAR
Aqrar Sığorta Fondu satınalma haqqında qanunu pozub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
MƏHKƏMƏ RAMİZ MEHDİYEVLƏ BAĞLI QƏRAR VERDİ
"Şamaxı" "Qarabağ"a uduzub
Daha bir qanuna dəyişiklik edilib
"Sülhün əldə edilməsi yalnız ilk addımdır və..." - ABŞ vitse-prezidenti Bakıya gəlir
"Cərrahpaşalı Halit"in "bacı"sı vəfat edib
"Beşiktaş" Vatslav Çerni ilə bağlı açıqlama yaydı
Hava limanənda 27 ədəf xəz dəri məmulatları aşkarlanıb
YENİ NAZİR KİMDİR? - Maraqlı məlumatlar
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Allahşükür Paşazadə Roma Papası Azərbaycana dəvət edib
NAZİR MÜAVİNİ NAZİR TƏYİN OLUNDU - Sərəncam
Polkovnik Rasim İldırımzadəyə 12 il cəza istənildi
YENİ KOMİTƏ SƏDRİ ŞƏHİD ÖVLADIYMIŞ...
YENİ SƏDRİ SALEH MƏMMƏDOVUN QUDASINI YOLA SALDI: təyinat oldu - AAYDA-da ilk dəyişiklik + FOTO
Fəzail Ağamalı dəfn edildi - FOTOLAR (Yenilənib)
İsrail hərbçiləri jurnalisti həbs edib
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
PREZİDENT AGENTLİK RƏHBƏRİNİ KOMİTƏ SƏDRİ TƏYİN ETDİ - Sərəncam
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub