Nardaranda daha bir jurnalistə hücum edilib

img

26-11-2015 [19:44]


Nardaranda bu gün qəsəbədə baş vermiş insidenti işıqlandırmaq üçün ora gedən daha bir jurnalistə hücum ediblər.

Virtualaz.org saytının müxbiri xəbər verir ki, onlar bu dəfə də İTV telekanalının operatorunu hədəf seçiblər.

Məlumata görə, islamçılar telekanalın operatorunu döyüb, onun kamerasını sındırıblar.

Xatırladaq ki, bundan bir neçə saat əvvəl Naradarana çəkilişə gedən "Azad Azərbaycan” Televiziyasının (ATV) avtomobilinin üzərinə bir neçə nəfər hücum edilmişdi. Avtomobil daşa basılmış, sürücüsü isə döyülmüşdü.

Bir neçə nəfər isə "Report” informasiya agentliyinin avtomobilinə də hücum etmək istəmişdi. Lakin sürücü ərazidən uzaqlaşa bilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA