Rusiya-Türkiyə gərginliyi: Putinlə Ərdoğan görüşəcəklər

img

26-11-2015 [15:19]


147 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə sammitin keçiriləcəyi gözlənilir.

Ölkə.Az-ın xəbərinə görə, bir çox Türkiyə KİV-ləri yazır ki, Parisdə Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanla Rusiya Federasiyası dövlət başçısı Vladimir Putin arasında görüş keçiriləcək.

Görüşün Parisdə baş tutacaq iqlimin dəyişməsi ilə bağlı sammiti çərçivəsində keçiriləcəyi bildirilir. İnformasiyaya əsasən, hər iki ölkə liderləri təkbətək görüşməyəcək.

Qeyd edək ki, 30 noyabrda sözügedən sammitdə dünyanın 147 ölkəsinin dövlət və hökumət başçılarının iştirakı gözlənilir.

Noyabrın 24-də səhər saatlarında Rusiyanın Suriyadakı hərbi aviasiya qrupuna məxsus "Su-24" döyüş təyyarəsi Türkiyənin hava sərhədini pozub. Türkiyə Hərbi Hava Qüvvələri ərazini tərk etmələri üçün ruslara 10 dəfə xəbərdarlıq edib. Bundan sonra Türkiyənin "F-16" qırıcıları "Su-24"ü zərərsizləşdirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA