25-11-2015 [21:06]
Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə veteran jurnalist, tanınmış yazıçı və publisist Fazil Abbasovun (Fazil Güney) 70 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.
Şuradan verilən məlumata görə tədbirdə bu qurumun sədri, millət vəkili Əflatun Amaşov yubilyarı peşəkar və prinsipial, jurnalist, əsl dost və vətənpərvər insan kimi xarakterizə edən cəhətlərindən söz açıb. O bildirib ki, F.Abbasov Azərbaycanın ən çətin dövründə örnək səciyyə daşıyan əməli fəaliyyətə malik qələm sahiblərindən olub: "Fazil müəllimin ötən əsrin 90-cı illərində yaratdığı "Assa İradə” İnformasiya Agentliyi respublikanın informasiya blokadasının yarılmasında əhəmiyyətli rol oynadı, Azərbaycan həqiqətlərini dünyaya bəyan etdi. Bu, son dərəcə mühüm missiya idi. Sonrakı illərdə də Fazil Abbasov jurnalist, eyni zamanda alim kimi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna xidmətlər göstərib".
Daha sonra Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəxri diplomunu F.Abbasova təqdim edib.
Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov bildirib ki, yubilyar jurnalist əməksevərliyi, səmimiyyəti ilə onu tanıyanların qəlbində əbədi yer tapa bilib. "Fazil Abbasov sözün həqiqi mənasında vətənpərvər olub, Vətənə, doğma yurda hədsiz sədaqətini gördüyü işlərə məharətlə daşıyıb".
Xalq şairi Sabir Rüstəmxanlı çıxışında bildirib ki, F.Güney fəaliyyəti ən yüksək səviyyədə qiymətləndirilməyə layiq ziyalıdır. F.Abbasovun bədii yaradıcılığının xarakterik cəhətlərindən söz açan S.Rüstəmxalı yubilyarın ədəbiyyatımızın təbliği istiqamətində də mühüm işlər gördüyünü diqqətə çatdırıb, "Qara qan” tarixi romanı ilə böyük oxucu məhəbbətini qazandığını vurğulayıb. Şair əsəri ədəbiyyat tariximizdə sanballı yaradıcılıq nümunəsi kimi dəyərləndirib.
Toplantıda çıxış edənlərdən MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, "İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru, dinşünas alim Rafiq Əliyev, Türk Xalqları Ümumdünya Assambleyasının rəhbəri Yəhya Əliyev, MŞ İdarə Heyətinin üzvü, "Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, veteran jurnalist Məzahir Süleymanzadə, "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı və başqaları F.Güneyi yüzlərlə publisistik yazının, felyeton, pamflet və hekayələrin, elmi məqalələrin müəllifi kimi səciyyələndirən çoxsaylı cəhətlərə diqqət çəkib, onun şəxsi keyfiyyətlər baxımdan da örnək olduğunu vurğulayıblar.
Sonda çıxış edən yubilyar yaradıcılığına verdikləri yüksək qiymətə görə həmkarlarına və dostlarına təşəkkürünü bildirib.
Qeyd edək ki, Fazil Abbasov 1945-ci ildə Cəbrayıl rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin "Ərəb dili tərcüməçiləri” şöbəsində, həmçinin Şimali Afrikada ən nüfuzlu təhsil ocağı sayılan Əlcəzair Universitetində təhsil alıb. Tələbəlik illərində Cəbrayıl rayonunda rayonlararası qəzetdə çalışıb.
F.Güneyin ilk hekayəsi 1965-ci ildə nəşr olunub. 1975-1976-cı illərdə "İnşaatçı” qəzetində, 1976-1991-ci ildə isə "Kirpi” jurnalında fəaliyyət göstərib. Uzun illər Suriya, İraq və Liviyada hərbi və mülki tərcüməçi kimi çalışıb.
Qarabağ gerçəkliklərini dünyada yaymaq üçün 1991-ci ilin əvvəlində "AssA-İradə” Azərbaycan Beynəlxalq Xəbər Agentliyini, 1997-ci ildə ingiliscə nəşr olunan "AzerNews” qəzetini yaradıb. Qarabağ münaqişəsindən bəhs edən üç cildlik "Qara qan” tarixi romanının müəllifi kimi daha çox populyarlıq qazanıb. Özünəməxsus yaradıcılıq yolu, orijinal üslubli əsərləri ilə tanınan F.Abbasov Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Türkiyədə dənizdə Rusiya-Ukrayna müharibəsində vurulmuş PUA-sı qalığı tapıldı - FOTO
"Sivasspor"da baş məşqçisi təyinatı oldu
ABŞ Vitse-prezidenti Bakıda: İlham Əliyevlə görüş oldu, birgə mühim mesajlar verildi - VİDEO, FOTOLAR (Yenilənir)
Deputatın şirkəti il başlar-başlamaz 10,7 milyonluq sifariş alıb – “Azəri Med” hansı qurumların tenderlərini qazanıb?
Ruben Vardanyan Bakıda məhkəmədə - Erməni milyonçu Füzulinin şeirini və Hüseyn Cavidin poemasını oxudu
Qurban Qurbanov: "Futboolçuları ələ almaq, əldə saxlamaq asan deyil"
Agentlik sədrinə birinci müavin və müavinlər təyin edildi - Onlar kimdir? + FOTOLAR
Aqrar Sığorta Fondu satınalma haqqında qanunu pozub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
MƏHKƏMƏ RAMİZ MEHDİYEVLƏ BAĞLI QƏRAR VERDİ
"Şamaxı" "Qarabağ"a uduzub
Daha bir qanuna dəyişiklik edilib
"Sülhün əldə edilməsi yalnız ilk addımdır və..." - ABŞ vitse-prezidenti Bakıya gəlir
"Cərrahpaşalı Halit"in "bacı"sı vəfat edib
"Beşiktaş" Vatslav Çerni ilə bağlı açıqlama yaydı
Hava limanənda 27 ədəf xəz dəri məmulatları aşkarlanıb
YENİ NAZİR KİMDİR? - Maraqlı məlumatlar
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Allahşükür Paşazadə Roma Papası Azərbaycana dəvət edib
NAZİR MÜAVİNİ NAZİR TƏYİN OLUNDU - Sərəncam
Polkovnik Rasim İldırımzadəyə 12 il cəza istənildi
YENİ KOMİTƏ SƏDRİ ŞƏHİD ÖVLADIYMIŞ...
YENİ SƏDRİ SALEH MƏMMƏDOVUN QUDASINI YOLA SALDI: təyinat oldu - AAYDA-da ilk dəyişiklik + FOTO
Fəzail Ağamalı dəfn edildi - FOTOLAR (Yenilənib)
İsrail hərbçiləri jurnalisti həbs edib
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
PREZİDENT AGENTLİK RƏHBƏRİNİ KOMİTƏ SƏDRİ TƏYİN ETDİ - Sərəncam
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub