"Təcili olaraq istiqamətinizi dəyişin!”- Türklər rus qırıcısını belə vurdu (VİDEO)

img

25-11-2015 [10:35]


Türkiyə Rusiyaya məxsus "Su -24” tipli hərbi təyyarəyə vurulmadan öncə edilən xəbərdarlığın səs yazısını yayıb.

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, səs yazısında Rus təyyarələrinə 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edildiyi məlum olub.

"Türk hava sərhədlərinə yaxınlaşırsınız. Təcili olaraq istiqamətinizi dəyişin!”-deyə xəbərdarlıq edilsə də rus təyyarəsi buna məhəl qoymayıb.

Qeyd edək ki, bu gün Türkiyə qırıcıları Suriya sərhədində Rusiya təyyarəsini vurub. Bu olaydan sonra iki ölkə arasında münasibətlər kəskin pisləşib. Rusiya prezidenti Vladimir Putin Türkiyənin bu addımını "kürəkdən vurulan zərbə” adlandıraraq Ankaranın cavab verməli olacağını bildirib.


 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA