“Rusiya təyyarəsini biz vurmuşuq“ – Ərdoğan

img

24-11-2015 [14:03]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə hərbçilərinin Suriya səması üzərində Rusiyaya məxsus "Su-24” tipli təyyarəni vurması xəbərini təsdiqləyib.

Azvision.az xəbər verir ki, bu barədə "Bloomberg” agentliyinin Türkiyə müxbiri Fərcan Yalinkilic öz "Twitter” səhifəsində yazıb. 

Qeyd edək ki, dRusiya Müdafiə Nazirliyi də bu xəbəri təsdiqləyib.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə bu gün Türkiyənin Suriya ilə sərhəddindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb

Təyyarə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcıları tərəfindən vurularaq yerə salınıb. Pilotlar katapult edərək təyyarədən çıxa biliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA