Yanvarın 1-dən Ukraynadan gətirilən hər hansı ərzağa qadağa qoyulacaq” - Rusiyadan şok addım

img

18-11-2015 [17:42]


Rusiya hakimiyyəti Ukraynanın bu ölkəyə tətbiq etdiyi ərzaq sanksiyalarına qarşı əks addım atmaq qərarı verib. 

Avropa.info xəbər verir ki, bu haqda Rusiyanın İqtisadi İnkiaşf naziri Aleksey Ulyukayev açıqlama verib:

"Ukrayna Rusiyaya qarşı iqtisadi, maliyyə sanksiyalarına qoşulduğuna görə biz də ərzaq embarqosu ilə cavab vermək qərarına gəldik. Yanvar ayının 1-dən Ukraynadan gətirilən hər hansı ərzağa qadağa qoyulacaq”

Qeyd edək ki, 17 noyabrdan başlayaraq Ukrayna Rusiyaya qarşı sanksiyaların tətbiqinə başlayıb. Sanksiyaların 388 fiziki şəxsə, 105 hüquqi şəxsə qarşı tətbiq olunacaq. 

Sanksiyalar 29 rus bankını, 20 aviaşirkəti, bir neçə hərbi-sənaye kompleksini, Rusiya antivirus proqramı istehsalçılarını əhatə edib.

Qeyd edək ki, 25 oktyabrda iki ölkə arasında uçuşlara qadağa qoyulmuşdu. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA