12-11-2015 [16:29]
"Baku” beynəlxalq jurnalının 50-ci, yubiley nömrəsi çapdan çıxıb.
Mia.az Azərtac-a istinadən xəbər verir ki, jurnalın baş redaktoru Leyla Əliyeva bu nəşrin yubiley nömrəsində yazır: "Jurnalın ən birinci nömrəsinin çapa imzalandığı gündən elə də çox vaxt keçməyib, amma artıq əllinci nömrə çapdan çıxır. Bu əlli nömrənin hər birinin öz süjetləri, öz qəhrəmanları və əlbəttə, öz taleyi olub. Onlar hamısı birlikdə və hər biri ayrılıqda öz adına tamamilə müvafiqdir. Həqiqətən, jurnalımızın hər nömrəsi redaktor sütunundan başlamış dünyəvi xronikaya qədər Bakının ruhunu ifadə edir”.
Jurnalın hər bir nömrəsi gözəl Bakı şəhərinə sevgi etirafıdır. Bu şəhərdə "onun sakinlərinin bənzərsiz məlahəti, gümrahlıq və nikbinlik duyğuları hiss edilir”. Dünyanın hansı guşəsində olmağınızdan, bayırda hava şəraitindən asılı olmayaraq "Baku” jurnalı həmişə sizə günəş işığı, hərarət bəxş edəcək, nə isə yeni bir mövzuda söhbət açacaq, sizi maraqlandıracaq, bəzən də əyləndirəcək”.
Leyla Əliyevanın fikrincə, "Bakıya gələnlərin sayı artdıqca jurnalın oxucularının sayı da artır və əksinə: bizim jurnalı oxuyan hər kəs gec-tez, qısa müddətə də olsa, şəhərimizə gəlmək imkanı axtarmağa başlayır və belə bir imkan tapır. Lakin Bakıya heyran olmaq və onunla görüşləri bizim jurnalın səhifələrində davam etdirmək üçün bir neçə gün də kifayətdir”.
Bütün bunlar jurnalın peşəkar yaradıcı komandasının böyük zəhməti və oxucuların sayəsində əldə edilib. Nəşrin baş redaktoru yazır: "Bu bizim ümumi uğurumuzdur. Bakıda olan hər kəs bu şəhərin unikal rusdilli mühitini xüsusi qeyd edir. Aşkardır ki, bakılıların məlahətli rus dilinə vurulmamaq mümkün olmadığı kimi, həmin rusdilli mühitin hər hansı dekretlər və fərmanlar vasitəsi ilə yaradılması da mümkün deyil. İlk növbədə ona görə ki, bu dil onu hədsiz sevən insanların canlı, dinamik ünsiyyət vasitəsidir. Bakıda rus mədəniyyətinə tələbat bəlkə də elə bununla müəyyən edilir”.
Jurnalın hər nömrəsi çapdan çıxandan sonra oxucular Azərbaycanı daha yaxşı tanıyır, bu ölkəyə səyahət edir, onun təklif etdiyi reseptlər əsasında yeməklər hazırlayır, Azərbaycanın tarixini yenidən dərk edir, dünyanın müxtəlif guşələrində yaşayan istedadlı bakılılarla tanış olurlar.
"Baku” jurnalının baş redaktoru Leyla Əliyeva sonda yazır: "Bizim jurnalda mənim özümə ən çox xoş gələn odur ki, bu nəşrdə darıxdırıcı olmayan bütün janrlara yer verilir. "Baku” jurnalının sayəsində bir-birimizə daha yaxın oluruq. Görünür, tolerantlıq, qarşılıqlı anlaşma və qarşılıqlı hörmət ab-havasına doğru aparan ən düzgün yol budur, bunlarsız sabahkı günü təsəvvür etmək mümkün deyil”.
Türkiyədə dənizdə Rusiya-Ukrayna müharibəsində vurulmuş PUA-sı qalığı tapıldı - FOTO
"Sivasspor"da baş məşqçisi təyinatı oldu
ABŞ Vitse-prezidenti Bakıda: İlham Əliyevlə görüş oldu, birgə mühim mesajlar verildi - VİDEO, FOTOLAR (Yenilənir)
Deputatın şirkəti il başlar-başlamaz 10,7 milyonluq sifariş alıb – “Azəri Med” hansı qurumların tenderlərini qazanıb?
Ruben Vardanyan Bakıda məhkəmədə - Erməni milyonçu Füzulinin şeirini və Hüseyn Cavidin poemasını oxudu
Qurban Qurbanov: "Futboolçuları ələ almaq, əldə saxlamaq asan deyil"
Agentlik sədrinə birinci müavin və müavinlər təyin edildi - Onlar kimdir? + FOTOLAR
Aqrar Sığorta Fondu satınalma haqqında qanunu pozub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
MƏHKƏMƏ RAMİZ MEHDİYEVLƏ BAĞLI QƏRAR VERDİ
"Şamaxı" "Qarabağ"a uduzub
Daha bir qanuna dəyişiklik edilib
"Sülhün əldə edilməsi yalnız ilk addımdır və..." - ABŞ vitse-prezidenti Bakıya gəlir
"Cərrahpaşalı Halit"in "bacı"sı vəfat edib
"Beşiktaş" Vatslav Çerni ilə bağlı açıqlama yaydı
Hava limanənda 27 ədəf xəz dəri məmulatları aşkarlanıb
YENİ NAZİR KİMDİR? - Maraqlı məlumatlar
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Allahşükür Paşazadə Roma Papası Azərbaycana dəvət edib
NAZİR MÜAVİNİ NAZİR TƏYİN OLUNDU - Sərəncam
Polkovnik Rasim İldırımzadəyə 12 il cəza istənildi
YENİ KOMİTƏ SƏDRİ ŞƏHİD ÖVLADIYMIŞ...
YENİ SƏDRİ SALEH MƏMMƏDOVUN QUDASINI YOLA SALDI: təyinat oldu - AAYDA-da ilk dəyişiklik + FOTO
Fəzail Ağamalı dəfn edildi - FOTOLAR (Yenilənib)
İsrail hərbçiləri jurnalisti həbs edib
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
PREZİDENT AGENTLİK RƏHBƏRİNİ KOMİTƏ SƏDRİ TƏYİN ETDİ - Sərəncam
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub