Yunus Oğuzun “Şah arvadı və cadugər” romanı - Daşkənddə təqdimat keçiriləcək

img

06-11-2015 [22:56]


Osman Kuçkar tərəfindən özbək dilinə tərcümə olunmuş "Şah arvadı və cadugər” romanı Daşkənddə geniş rezonans doğurub.

Bu səbəbdən də Özbəkistanda fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzi kitabın geniş təqdimatını keçirməyi qərara alıb. 

Təqdimat noyabrın 13-də Özbəkistan dövlət milli kitabxanasında baş tutacaq. Eyni zamanda oxuculara bu kitabın özbək versiyası ilə yanaşı, rus dilində də təqdimatı gözlənilir. 

Təqdimatda müəllif yazıçı-dramaturq, publisist Yunus Oğuz da iştirak edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA