05-11-2015 [14:05]
Son günlər bəzi mətbuat orqanlarında "Əsgər" filmi və "Azərbaycan Bayrağı orden”li İbad Hüseynovla bağlı bir-birindən maraqlı məlumatlar yayılır.
Bir çoxları kimi "Əsgər” filimini çəkən rejissor Etibar Məmmədov da Qarabağ döyüşlərində Ermənistan ordusunun və Qarabağda mövcud olan erməni terror təşkilatına ağır itkilər yaşadan İbad Hüseynovla bağlı danışıb.
- Son günlər "Azərbaycan Bayrağı” ordenli İbad Hüseynovun həyatı və döyüş yolundan bəhs edən "Əsgər” sənədli filmi haqqında müxtəlif məlumatlar yayılıb. Mətbuat yazır ki, bu film MTN-nin sponsorluğu ilə ərsəyə gəlib və keçmiş nazir Eldar Mahmudov bu filmin çəkilməsində maraqlı imiş. Bu filmin rejissoru kimi yayılan xəbərlərlə bağlı nə deyə bilərsiniz?
- Bu xəbərlər tamamilə yalandır. MTN-nin "Əsgər” filminin sponsorluğuna qətiyyən aidiyyatı yoxdur. Bunu tam məsuliyyətlə, filmin rejissoru olan bir şəxs kimi deyirəm. Bu filmi vətənpərvər bir insan maliyyələşdirib, ancaq adının çəkilməməsini istəyib. İkincisi, bu filmin işdən qovulan keçmiş nazir Eldar Mahmudovla da heç bir əlaqəsi yoxdur. Sadəcə, filmdə 1993-cü il hadisələrinin canlı şahidi olmuş bir nəfərin müsahibə verməsi üçün MTN-ə rəsmi müraciət etdik. İcazə məhdudiyyətli idi, ona görə ki, o zaman əməliyyatçı olmuş həmin şəxs film çəkilən zaman da məxfi statusunda idi. Üzünü bağlamaqla və mövzuya aid cəmi iki sual vermək şərti ilə müsahibəyə icazə verildi. Çəkiliş bu şərtlərlə aparıldı. Buna görə, filmin sonunda yaradıcı heyət Milli Təhlükəsizlik Nazirliyinə təşəkkürünü bildirib. Vəssalam. Sponsorluq və digər ortaya atılan məsələlər ağ yalandır.
- Yəni belə çıxır ki, belə məlumatları yayanlar filmlə tanış deyillər?
-Bəli. Birincisi, son günlərin yalan və iftiralarını yayanlar bir dəfə də olsun "Əsgər” filminə baxmayıblar. Baxsaydılar, "MTN-nin sponsorluğu ilə” ifadəsini yazmazdılar. Filmə baxmadan, məsələnin mahiyyətindən tam xəbərsiz ola-ola belə yalan uydurmaq ondan xəbər verir ki, burada söhbət qara PR-dan gedir. Birinci yalan, avtomatik olaraq ikincini doğurur. İkinci yalan ondan ibarətdir ki, guya filmdə Monte Melkonyanın məhv olunması əməliyyatının MTN tərəfindən planlaşdırıldığı, İbad Hüseynov tərəfindən həyata keçirildiyi deyilir. Bu da iftiradır. Filmə baxsanız görərsiniz ki, orada təqdim olunan arxiv sənədlər Müdafiə Nazirliyinin arxivindəndir, respondentlər isə Müdafiə Nazirliyinin keçmiş hərbçiləridir.
- İbad Hüseynovun Monte Melkonyanı öldürməsini təsdiq edən başqa mənbələr varmı?
-Əlbəttə, var. Çox mötəbər elm adamları, xarici ölkələrin strateji mərkəzləri, hətta XX əsrin 90-cı illərin əvvəllərində respublikada gedən proseslərdən xəbəri olan insanlar öz əsərlərində yazırlar ki, Monte Melkonyanı İbad Hüseynov öldürüb. Onlar bunu etməyə də bilərdilər. Bu məlumatı dəfələrlə yoxlayıb, sonra kitablarına, məruzələrinə daxil ediblər. Ancaq təəssüflər olsun ki, Azərbaycanda yoxlanmamış, sifariş xarakterli yalanlar yazılır. Bu, təəccüb və təəssüf doğurur.
- Bəs, sizcə, sifariş xarakterli belə xəbərlər niyə yayılır?
- Mən, belə xəbərləri yayanlara mətbuat demək istəmirəm. Bu, mətbuat deyil. Bunlar aranı qarışdırmaq istəyən sifarişçilərin əmrini icra edənlərdir. Belələri mənəviyyat, kişilik, həqiqət kimi dəyərlərdən bixəbərdirlər. Bunlar o zaman mətbuat olardı ki, nəyisə yazanda qarşı tərəfin də mövqeyini öyrənərdilər. Ancaq, görünür, onlar özlərini əziyyətə salmayıblar. Bu yalanı yayanlardan birini çox yaxın keçmişdə hamı vətən xaini adlandırırdı. Həmin xain iddia edirdi ki, guya Xocalını ermənilər yox, azərbaycanlılar törədib. Həmin xain öz əməllərinə görə, həbsə alınmışdı. Bunları heç kim unutmayıb. İndi nə baş verdi ki, özünü mətbuat adlandıran orqanlar vaxtilə ermənilərin dəyirmanına su tökən xainin sözlərinə inandılar? Heç nə baş vermədi. Sadəcə, ucuz, cılız və, ən əsası, yoxlanılmamış sensasiyanı dərc etmək istəyi bütün digər tələbləri üstələdi. Yalan danışmaqla özlərini hörmətsiz etdilər.
- Maraqlıdır ki, İbad Hüseynov və Monte Melkonyan adları həmişə yan-yana çəkilir və həmişə belə qalmaqallar baş verir...
-Doğrudur. Ancaq mən sizə deyim ki, Melkonyan İbad Hüseynovun döyüş yolunun heç 1 faizi də deyil. Sadəcə, o zaman film çəkmək ideyası yarananda, bu əhvalatın üzərində dayandıq, çünki "Avo” (Montenin ləqəbi) "ASALA” beynəlxalq erməni terror təşkilatının rəhbərlərindən biri idi. İbad Hüseynovun Azərbaycanın ərazi bütövlüyü uğrunda iştirak etdiyi daha genişmiqyaslı döyüşləri olub. Həmin döyüşlərdən biri ekranlaşdırılacaq. Mən istisna etmirəm ki, onda da bəzi ağzıgöyçəklər çıxıb nəsə danışmaq istəyəcəklər. Ancaq mən tam əminəm ki, indiki kimi onda da onların çığırtıları yalnız özlərinə qalacaq.
Kənan,
Veteninfo.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub