Putin İlham Əliyevə zəng etdi - Səbəb

img

04-11-2015 [13:58]


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Mia.az xəbər verir ki, bu barədə məlumatı Prezidentin Mətbuat Xidməti yayıb. 

Məlumatda bildirilir ki, Vladimir Putin dövlət başçısını Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, Prezident İlham Əliyevə fəaliyyətində yeni-yeni uğurlar, Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Rusiya Federasiyasının Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA