02-11-2015 [13:29]
Noyabrın 1-də Azərbaycanda keçirilən Milli Məclisə seçkilərdə ilk dəfə deputat seçilənlərdən biri də Mətbuat Şurasının sədri Əflatun Amaşovdur.
Mia.az xəbər verir ki, "Azadlıq" radiosuna müsahibəsində Şura sədri deputat kimi atacağı addımları açıqlayıb:
- Mətbuat Şurasının sədri kimi, mətbuatın problemləri mənim üçün həmişə prioritet olub. Kütləvi İnformasiya Vasitələrinin maddi bazasının möhkəmləndirilməsi və digər məsələləri Milli Məclisin üzvü kimi, əlbəttə ki, irəli sürəcəyəm. Amma bu qayğılara indi yeniləri də əlavə olunub. Əgər mən regiondan seçilmişəmsə, seçicilərimi də narahat edən məsələlər də qarşımda duran məsələlərdən olacaqdır.
- Mətbuat Şurasının sədri kimi də fəaliyyətinizi davam etdirəcəksiniz?
- Hələ ki ortada başqa bir fikir yoxdur. Jurnalistlər tərəfindən Mətbuat Şurasının sədri seçilmişəm və yəqin ki, bu, növbəti qurultaya kimi belə qalacaq.
- Seçkilərlə bağlı dəyərləndirməniz necədir? Mediada, sosial şəbəkələrdə seçki pozuntularını əks etdirən videolarla tanışsızmı?
- Mətbuat Şurasının üzvləri də jurnalistlərin fəaliyyəti ilə bağlı seçkidə monitorinq keçirib. Bizə yalnız bir müraciət daxil oldu, o da müəyyən anlaşılmazlığın yaranmasının nəticəsi idi. Birmənalı şəkildə deyirəm ki, KİV nümayəndələrinin informasiya əldə etməsində əvvəlki illərə nisbətən az qanun pozuntusu olub. Hətta deyə bilərəm ki, bir istisna olmaqla, belə bir şikayət Mətbuat Şurasına daxil olmayıb.
- Bəs, seçki pozuntuları ilə bağlı fikriniz nədir? «Karusel», topa bülletenlərin seçki qutusuna atılması və digər bu kimi video, fotofaktlara münasibətiniz necədir?
- Düşünürəm ki, nəsə olubsa da, ümumilikdə bu, seçkinin nəticəsinə təsir etməyən hallardır. Bizim dairədə istər seçkilərin keçirilməsi, istərsə də seçicilərin səsverməsində hər hansı qanun pozuntusu vəkillərimiz, müşahidəçilərimiz tərəfindən qeydə alınmayıb.
- Əksər beynəlxalq qurumlar Azərbaycanı söz və mətbuat azadlığının olmamasına görə tənqid edir və bu tənqidlərdə KİV-lə bağlı qanunların da payı var. Milli Məclisə gəlişinizlə bu yöndə müsbətə doğru dəyişikliyə cəhd edəcəksinizmi?
- Bilirsiniz, müxtəlif baxışlar ola bilər. Beynəlxalq qurumların hesabatlarını nəzərdən keçirdikdə, araşdırdıqda görürsən ki, Azərbaycanın adı hansısa Afrika ölkəsindən də geridə çəkilir. Hətta elə ölkələrdən ki, orada bir neçə adam heç bir yerə toplaşa da bilmir. Azərbaycana qarşı belə ikili standartlar mövcuddur. Təbii ki, bu o demək deyil ki, Azərbaycanda media sahəsində problemlər yoxdur. Problemlər var. İstər mətbuatın maddi baxımdan özünü tənzimləməsi, istərsə də digər məsələlər ilə bağlı problemlər var. Son vaxtlar Azərbaycanda diffamasiya ilə bağlı heç bir jurnalist ittiham olunmayıb, amma bu o demək deyil ki, diffamasiya haqqında qanun olmamalıdır. Mətbuat Şurası çoxdan belə bir sənəd hazırlayıb ki, söz və mətbuat azadlığı ilə bağlı məsələlər cinayət müstəvisində deyil, mülki müstəvidə həll olunsun. Bu kimi məsələlər mənim platformamda əsas yerlərdən birini tutacaq.
Türkiyədə dənizdə Rusiya-Ukrayna müharibəsində vurulmuş PUA-sı qalığı tapıldı - FOTO
"Sivasspor"da baş məşqçisi təyinatı oldu
ABŞ Vitse-prezidenti Bakıda: İlham Əliyevlə görüş oldu, birgə mühim mesajlar verildi - VİDEO, FOTOLAR (Yenilənir)
Deputatın şirkəti il başlar-başlamaz 10,7 milyonluq sifariş alıb – “Azəri Med” hansı qurumların tenderlərini qazanıb?
Ruben Vardanyan Bakıda məhkəmədə - Erməni milyonçu Füzulinin şeirini və Hüseyn Cavidin poemasını oxudu
Qurban Qurbanov: "Futboolçuları ələ almaq, əldə saxlamaq asan deyil"
Agentlik sədrinə birinci müavin və müavinlər təyin edildi - Onlar kimdir? + FOTOLAR
Aqrar Sığorta Fondu satınalma haqqında qanunu pozub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
MƏHKƏMƏ RAMİZ MEHDİYEVLƏ BAĞLI QƏRAR VERDİ
"Şamaxı" "Qarabağ"a uduzub
Daha bir qanuna dəyişiklik edilib
"Sülhün əldə edilməsi yalnız ilk addımdır və..." - ABŞ vitse-prezidenti Bakıya gəlir
"Cərrahpaşalı Halit"in "bacı"sı vəfat edib
"Beşiktaş" Vatslav Çerni ilə bağlı açıqlama yaydı
Hava limanənda 27 ədəf xəz dəri məmulatları aşkarlanıb
YENİ NAZİR KİMDİR? - Maraqlı məlumatlar
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Allahşükür Paşazadə Roma Papası Azərbaycana dəvət edib
NAZİR MÜAVİNİ NAZİR TƏYİN OLUNDU - Sərəncam
Polkovnik Rasim İldırımzadəyə 12 il cəza istənildi
YENİ KOMİTƏ SƏDRİ ŞƏHİD ÖVLADIYMIŞ...
YENİ SƏDRİ SALEH MƏMMƏDOVUN QUDASINI YOLA SALDI: təyinat oldu - AAYDA-da ilk dəyişiklik + FOTO
Fəzail Ağamalı dəfn edildi - FOTOLAR (Yenilənib)
İsrail hərbçiləri jurnalisti həbs edib
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
PREZİDENT AGENTLİK RƏHBƏRİNİ KOMİTƏ SƏDRİ TƏYİN ETDİ - Sərəncam
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub