Rusiya təyyarəsinin qəzaya uğrama anı - VİDEO

img

01-11-2015 [00:06]


Misirdən Rusiyaya gedən "Airbus A-321" tipli təyyarənin qəzaya düşmə anını əks etdirdiyi iddiası ilə daha bir video bu dəqiqələrdə yayılıb.


Qəza anını əks etdirən bu görüntüdə təyyarənin doğrudan da raketlə vurulmadığı, texniki nasazlıq nəticəsində yerə çırpıldığı görünür(Axar.az).


Bundan az öncə isə İŞİD Rusiyaya məxsus sözügedən təyyarəni PZRK raketi ilə vurduğunu bildirmişdi. Rusiya tərəfi isə PZRK-nın maksimum 6,4 kilometr hündürlüyündə olan obyekti vura bilmək imkanlarını vurğulayaraq, 9,5 min metr yüksəklikdəki "Airbus"u vurmaq üçün İŞİD-in hərbi texnikaya malik olmadığını bildirmiş və iddiaları rədd etmişdi. 

 

Bu qəza görüntüsündəki mənzərə də təyyarənin qalıqlarını əks etdirən fotolardakı ərazi ilə eyniyyət təşkil edir.


Qeyd edək ki, qəza nəticəsində 217 sərnişin, 7 ekipaj üzvünün hamısı həlak olub.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA