Rusiyaya məxsus “Airbus-321”də qəzaya düşənlərin meyitləri axtarılır

img

31-10-2015 [18:15]


Misirdə Rusiyaya məxsus "Airbus-321” laynerinin qəzaya uğradığı ərazidən təxminən 100 nəfərin meyiti tapılıb.

"Reuters”in məlumatına görə xilasedicilər meyitlərin arasında sağ qalanların olduğunu ehtimal edirlər. Cəsədlərin 5-i uşaqdır.

Qeyd edək ki, qəza nəticəsində təyyarə iki yerə parçalanıb. Ölənlərin sayı barədə dəqiq məlumat verilmir. Təyyarədə olan 214 sərnişindən 17-i yaşı 2-17 arası olan uşaqlardır.

Misirin baş naziri Şerif İsmayıl da əraziyə baş çəkib. Hadisə yerinə 45 təcili yardım maşının göndərildiyi xəbər verilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA