Xəzər dənizindən Suriyaya raket atılması... - Ərdoğan Putinlə danışıb

img

30-10-2015 [10:59]


"Xəzər dənizindən Suriyaya raket atılması bizi narahat etdi”.
 
Bunu APA-nın Türkiyə müxbirinin sualına cavabında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
 
R. T. Ərdoğan Türkiyə Cümhuriyyətinin qurulmasının 92-ci ili münasibətiylə Ankarada keçirdiyi qəbulda bildirib ki, bu məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə danışıb: 

"Bu məsələdən narahat olduğumuzu dedik. Bu axşam xarici işlər nazirləri Vyanada bir araya gəldilər. Orada toplantılar davam edir. Dar çərçivədə - Amerika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə müzakirələri keçirilir. Bundan əlavə, 13 ölkənin iştirak edəcəyi geniş tərkibli yığıncaq təşkil olunacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA