Azərbaycanlı qadınlar ABŞ-da casusluqda ittiham olunur - Şok olay

img

27-10-2015 [17:05]


Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York federal məhkəməsi casusluqda ittiham edilən üç Rusiya vətəndaşı (onların arasında iki azərbaycanlı qadın da var) mühakiməyə çıxarıb.

Rusiya mətbuatını xəbər verir ki, Texasda fəaliyyət göstərən "Art Electronics İnc” şirkətinin 3 keçmiş əməkdaşı – Aleksandr Posobilov, Anastasiya Dyatlova və Şövkət Abdullayev Amerikadan Rusiyaya 30 milyon dollar dəyərində qanunsuz mikroçip və digər elektron vasitələri keçirməkdə ittiham edilirlər.

Xatırladaq ki, 2012-ci ilin oktyabr ayında başlayan məhkəmə prosesinə 11 nəfər çıxarılıb. Onlardan çoxu öz taleyi ilə barışıb və günahını etiraf edib. İndi məhkəmə qarşısında cavab verən şəxslərin də günahı sübuta yetiriləcəyi halda onları 5 ildən 20 ilə qədər həbs cəzası gözləyir.

Məlumatda ABŞ polisinə istinadən o da bildirilir ki, Fişenko Hyustonun kənarında təmirsiz binada yerləşən şirkətində işıqfor istehsal etdiyini desə də, aparılan araşdırmalar zamanı onları işıqfor istehsal etmədikləri, əksinə, orada saxlanan cihazların Rusiya kəşfiyyatı və hərbi dairələri üçün nəzərdə tutulduğunu müəyyənləşib. 

Prokurorların sözlərinə görə, Rusiyaya ixrac edilmiş rəqəmsal mikrokontrollerlər və mikroprosessorlar hərbi təyinatlı məmulatların ötürülməsində geniş və tez-tez tətbiq edilir.

Posobilov adlı Rusiya vatəndaşı "Art Electronics İnc” şirkətinin satış meneceri, onun "sağ qolu" hesab edilən azərbaycanlı Şövkət Abdullayev isə onun məhsulların çatdırılmasına cavabdeh şəxs olub. Anastasiya Dyatlova isə eletkron şirkətdə satıcı işləyirmiş. 

Hazırda məhkəmə qarşısına çıxarılan Aleksandr Fişenkonun başçılıq etdiyi cinayətkar dəstəyə Rusiya vətəndaşı olan Şövkət Abdullayevdən başqa, Azərbaycan vətəndaşı 35 yaşlı Sevinc Tağıyeva üzv olub. Həbsxanada saxlanılan Sevinc Tağıyeva isə yaxın aylarda Amerika məhkəməsi qarşısına çıxarılacaq(ANS).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA