27-10-2015 [15:19]
Tağı TÜRK
Taksi fəaliyyətilə məşğul olan Gənc Yazar avtobobilini uşaq xəstəxanasının yaxınlığında, yolun kənarında saxlayıb müştəri gözləyirdi. Bir neçə saatdan sonra zəiflikdən ayaq üstə güclə dayanan, o qədər də yaşlı olmasa da, üz-gözü qırışmış, gözlərində kasıblığın ağır və dözülməz ağrı-acıları hiss olunan bir nəfər ona yaxınlaşdı.
-Oğul, məni "Şamaxinka”ya
neçəyə apararsan?
Gənc Yazar başını qaldırıb
onu başdan ayağa süzdü.
Müştərinin cındırından cin
hürkürdü. Ayaqqabısının bir tayı cırılmışdı. Yay olmasına baxmayaraq üzərini
kir basmış kostyum geyinmişdi. Gənc Yazar qiymət deməyə tələsmədi.
-Hə, oğul, nə deyirsən,
neçəyə apararsan?
-Əmi, beş manata.
-Oğlum, dörd manatım var,
apararsan? - deyə müştəri yazıq görkəm aldı.
-Əmi, yol uzaqdır, axı. Mən
ən aşağı qiyməti dedim.
-Uşağım burda xəstəxanada
yatır, - əlini xəstəxanaya tərəf uzatdı, sonra sözünü davam etdirdi. -
Vəziyyətimiz çox pisdir, həkimlər məndə pul qoymadı qala. O biri uşaq da kənddə
ağacdan yıxılıb, təcili getməliyəm.
Gənc Yazarın ürəyi dözmədi,
müştərinin sözü ilə xarici görkəmi bir birini tamamlayırdı.
-Əmi, gəl, onsuz da səni
məndən başqa heç kim aparmayacaq.
Yol boyu hər ikisi bir
qədər susdular. Sükutu Gənc Yazar pozdu:
-Əmi, hansı rayondansan?
-Qubadan
-Azərbaycanın ən gözəl,
səfalı yerlərindən biridir.
-Nə olsun, ay bala?
Gözəllik cibimizi doldurmur. İşsizlik, səfalət məni təngə gətirib. Bir
istəyirəm özümü öldürəm, o tifillərə yazığım gəlir.
- Yox əmi, yox. Elə iş
görmə, bunu Allah da bağışlamaz. Pis günün ömrü az olar, - deyə Gənc Yazar
müştəriyə qəti etiraz etdi.
-Ay bala, neyləyim bəs,
ailəmin üzünə baxa bilmirəm.
-Neyləmək olar, dözmək
lazımdır, bizim xalq dözümlü xalqdır. Mən dövlət işində çalışıram, əmək haqqım
ailəmi dolandırmağa yetmir, ona görə də məcburam işdən sonra taksi sürəm. Mən
dözürəm, sən də döz, əmi. Ölkəmiz günü-gündən inkişaf edir, inşallah yaxın
gələcəkdə hər şey düzələcək.
Söhbətin bu yerində müştəri
tıncıxdı. Pencəyinin yan cibindən siqaret qutusunu çıxarıb dedi:
-Siqaret çəkə bilərəm?
-Buyur.
Müştəri siqaretin birini
yandırıb dərin qullab vurdu. Sonra birini də Gənc Yazara təklif etdi.
-Əmi, çəkən deyiləm, sənə
də məsləhət görmürəm.
-Mən də çəkən deyildim,
dünyanın ağır yükü məni çəkməyə vadar etdi.
Araya yenə sükut çökdü.
Müştəri:
-Oğlum, elə buradaca saxla
mən düşüm.
Gənc yazarın yenə bəxti
gətirməmişdi: "Bir müştəri tapasan o da belə... Amma eybi yox, bu da savabdır,
həmişə pul qazanmaq olmaz ki... Mən də onu incitsəm həkimlərdən nə fərqim olar.
Əşi, belə də iş olar, bu ölkədə heç kim vəzifə borcunu yerinə yetirmək istəmir.
Gərək, mütləq pul verəsən. Keçən il qonşumuz Famil dayının ayağı sınmışdı. Yoxsul,
imkansız olmasına baxmayaraq əməliyyata görə ondan min manat aldılar. Bu
cəhənnəmə, Gecələr qolundan tutub böyük
bayıra aparmaq üçün də beş manat alırdılar. Vay o gündən ki, pulun olmaya, özün
də düşəsən belə adamların əlinə. Onda karına heç "pampers”də yetməyəcək.”
Gənc Yazar avtobobilini
asta-asta sürür, yol kənarında dayanan adamlara baxır, müştəriyə rast
gələcəyinə özünü inandıraraq irəliləyirdi. Nəqliyyat Nazirliyinin yaxınlığında
orta boylu, orta yaşlı bir kişi əlini yellədi. Gənc yazarın ürəyi atlandı. Tez
avtomobilini yolun kənarına çəkib saxladı. Kişi maşına minər-minməz,
salamsız-kəlamsız dedi:
-Nəqliyyat
Departamentindən. Sənədləriniz var, yoxsa "ratsiya” ilə işləyirsiniz?
-"Ratsiya” nədir?- deyə
Gənc Yazar təəcübünü gizlətmədi.
-Zəhmət olmasa deyin,
sənədiniz var?
-Yoxdur.
-Sənədsiz niyə taksi
sürürsünüz?
-Nə edim, sənəd almağa
imkanım yoxdur, axşam 7-dən sonra bir-iki saat taksi sürürəm, onda da bir, ya
iki müştəri aparıram.
Söhbətin bu yerində
hardansa başqa adamlar da peyda olmağa başladı. Sayları getdikcə çoxaldı, altı
oldular. Onlar maşını müasirəyə almışdılar. Gənc Yazar qeyri-ixtiyari onlara
yüngülcə göz gəzdirdi. Qəribədir, elə bil ki, hamısını hansısa kombayn eyni
ölçüdə, standart əsasında buraxmışdı. Heç birinin boynu dönmürdü. Maşında
oturan orta boylu, orta yaşlı kişi bir göz qırpımında avtomobilin mühərrikinini
söndürərək açarı götürdü. Sonra Gənc Yazardan maşının sənədlərini verməyi tələb
etdi:
-Maşının texniki pasportunu
ver.
-Yoxdur.
-O zaman sürücülük vəsiqəni
ver.
-O da yoxdur.
-Necə yəni yoxdur? "Prava”
olmadan niyə maşın sürürsən?
-Sənə nə, bəyəm yol
polisisən?
-İndi yol polisi çağırarıq,
bəlkə maşın oğurluqdur.
-Buyurun, çağırın.
Orta boylu, orta yaşlı kişi
maşının "bardaçok”una əməlli başlı əl gəzdirdi. Gənc Yazarın arxa hissəsinə
"PRESS” yazılmış xidməti vəsiqəsinə gözü sataşdı.
-Sən jurnalistsən?- təcüblə
dilləndi.
-Hə, nə olsun ki?
-Bəs, jurnalistsən niyə qanuna
əməl etmirsən?
-Hansı qanuna, iyirmi altı
manatlıq lisenziyanı əllialtı, bəzən altmış manata satdığınız qanuna?
Avtomobilin sol tərəfində
dayanmış boynuyoğunlardan biri sir-sifətini turşudub dedi:
-Ə, nə hətərən-pətərən
danışırsan, düş aşağı maşından.
Orta boylu, orta yaşlı kişi
qızmış öküzə oxşayanlara nisbətən bir az mülayim görkəm aldı:
-Əmioğlu, düş, keç yolun o
biri tərəfinə, "rəis”imiz oradadır. Onunla danış, kömək edər sənə.
Gənc Yazar əlacsız qalıb
maşından düşdü, yolu keçib "rəis”ə yaxınlaşdı. "Rəis”in baxışlarından hiss
olunurdu ki, məsələdən xəbərdardır.
-Niyə sənədsiz maşın
sürürsünüz?
-Sənəd deyəndə nəyi nəzərdə
tutursunuz?
-Nəqliyyat Departamentinin
müvafiq lisenziyasını.
-Nə bilim, məlumatsız
olduğuma görə almamışam. İmkan varsa, bu səfər güzəşt edin, sənədlərimi yoluna
qoyaram.
-Mümkün deyil, maşının
sənədlərini təqdim edin, sonra gəlib 102 manat cəriməni ödəyərsiniz.
-Maşının sənədləri üstümdə
yoxdur.
-Onda şəxsiyyət vəsiqənizi
verin.
-Üzr istəyirəm, amma onu da
götürməmişəm.
Görünür, "rəis”in yanında
dayanmış, maşını mühasirəyə alanlarla eyni ölçüdə olan boynu yoğunlar orta
yaşlı, orta boylu kişiyə işarə etdilər. O, Gənc Yazarın avtomobilinə əyləşib
naməlum istiqamətə yön aldı.
Gənc Yazar dərhal "rəis”ə
etiraz etdi:
-Bu nə deməkdir, sizin bu
qanunsuz əməllərinizdən 102 xidmətinə şikayət edəcəm.
-Get kimə şikayət edirsən
et,- "rəis” çox özündən razı danışdı. Sonra da əlavə etdi: - Özünü yorma,
əhəmiyyəti yoxdur.
Gənc Yazar mübahisənin
yersiz olduğunu anlayıb 102 xidmətinə zəng vuraraq Nəqliyyat Departamentinin
əməkdaşlarının qanunsuz əməllərindən şikayət etdi. Sonra da üz tutdu polis bölməsinə.
Növbətçi hissəyə yaxınlaşıb şikayət etmək istədiyini bildirdi:
-Maşınımı əlimdən alıblar.
-Kim alıb?
-Nəqliyyat Departamentinin
işçiləri.
-Bir dəqiqə gözləyin.
Növbətçi hissənin polis
nəfəri harasa zəng vurduqdan sonra dedi:
-Dəhlizin sonundakı otağa
gedin, Sizi növbətçi təhqiqatçı Zaur Qurbanov qəbul edəcək.
Təhqiqatçının kabineti
kiçik olsa da cəlbedici idi. Yaraşıqlı mebellə təhciz olunmuşdu. Təhqiqatçı çox
gənc olmasına baxmayaraq ilk baxışdan gülərüz, xoşxasiyyətli və savadlı adama
oxşayırdı. Başı üzərindən azərbaycanlıların ümummilli liderinin bir az zəhmli,
bir az da mülayim görünüşü olan şəkli asılmışdı.
-Buyurun əyləşin. Sizdə nə
məsələdir?-deyə gənc təhqiqatçı soruşdu.
-Özünü Nəqliyyat
Departamentinin əməkdaşı kimi təqdim edən altı-yeddi nəfər maşınımı əlimdən
alaraq naməlum istiqamətə aprdılar.
-İzahat yazın, məşğul
olarıq.
Gənc Yazar başına gələn
hadisəni öz izahatında qeyd etdikdən sonra təhqiqatçıya təqdim edib dedi:
-Yəni bunun bir xeyri
olacaq?
-Əlbətdə olacaq, amma sənə
deyim ki, bunların əlindən biz də bezmişik. Gündə nə qədər belə şikayət daxil
olur, tutub gətiririk, deyirlər ki, bağışlayın səhv etmişik, bir də etmərik.
Siz gedin, sabah əlaqə saxlayarıq.
Gənc Yazar hiss etdi ki, bu
məsələdə gənc təhqiqatçı çox aciz görünür.
-Yaxşı, ümid edirəm ki,
sabah bir nəticə əldə olunacaq.
Bir gün sonra polis bölməsindən gələn zəng bir
daha Gənc Yazarı dəqiq inandırdı ki, polis bu məsələdə son dərəcə gücsüzdür.
- Salam əleyküm. Qardaş, Sizi
bölmədən narahat edirəm. Dünən Nəqliyyat Departamentinin əməkdaşlarından
bölməyə şikayət ərizəsi ilə müraciət etmisiniz. Vallah, bizim gücümüz çatan
məsələ deyil, Nəqliyyat Nazirliyinə müraciət edin.
Gənc Yazar telefonun o
başından səsi gələn polis işçisinin danışıq tərzinə istehza ilə gülümsədi:
"Bunun danışığına bax, sanki, küçədən keçən kimdənsə hansısa ünvanı soruşur.
Qardaş... Nə isə...”
Hadisənin üstündən bir ay
keçdi. Gənc yazar "rəisin” dediyi 102 manat cəriməni də çoxdan ödəmişdi.
Telefonuna zəng gəldi:
-Daxili İşlər Nazirliyinin
102 Qaynar Xəttindən sizi narahat edirəm.
-Buyurun
-Müəllim, 102 Qaynar
Xəttinə müraciət...
Əhvalı pozulmuş Gənc Yazar
tələsik DİN əməkdaşının sözünü kəsdi:
-Arxadan atılan daş topuğa
dəyər...
İsrail Qəzzanı da bombalayıb - Ölənlər var
"Beşiktaş" Rafa Silva ilə bağlı daha bir açıqlama yaydı
Beş Super Liqa klubu cərimələnib - Səbəb + Siyahı
İlham Əliyev Türkmənistana səfərə dəvət olunub
Zelenski Ankarada Ərdoğanla görüşüb
Polşa Rusiyanın ölkədəki son diplomatik korpusunu da qapatdı: "Təxribatlar güclənib"
Rəqsanə ev dustaqlığına buraxıldı
Xalq artisti "Qurd qapısı” qəbiristanlığında dəfn olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident vəkillərin fəaliyyəti ilə bağlı dəyişiklikləri təsdiqləyib - Nələr olacaq?
Prezident İlham Əliyev kəşfiyyatla bağlı Fərman imzalayıb
Zahid Oruc: ”Prezidentin qətiyyəti göstərir ki, biz sərhədlərin...”
Deputatla bağlı Ədliyyə Nazirliyinə müraciət hazırlanır: "Günay Ağamalının da təyinatının legitimliyinə..."
ATV kanalının sabiq prezidentinə 6 il həbs verildi - Məhkəmə prosesi
Ceyhun Bayramov ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini ilə görüşüb - Nələr müzakirə olunub?
AZAL sərnişinlərə "Wi-Fi" xidməti təqdim edəcək
LUKOİL Azərbaycanı niyə tərk edib? - Açıqlama
DİN-dən bank kartlarına müdaxilə ilə bağlı - XƏBƏRDARLIQ
Qırmızı Bazar və Sosa növbəti köç olub
İki məhkəmə hakimi komissiya üzvü seçildi
Sinqapur hava limanında kərgədan buynuzları müsadirə edilib - 800.000 dollar dəyərində
Fuad Nəcəfli ilə bağlı inanılmaz iddia - "Vəzifədən azad olunduğuna dair xəbəri əməkdaşlardan eşidib"
"Dirilən Adam" serialı nümayiş ediləcək - Mir Cəlal Paşayevin eyniadlı romanı əsasında...
Sabahın hava proqnozu açıqlanıb
Müğənni Dənizə qarşı böhtan və təhqir işləri üzrə qərar verildi
Azərbaycanda daha bir qeyri-adi olay: "Tiktok"da anası ilə tanış oldu, 15 yaşlı qızını qaçırdı və....
İsrail Livanı yenə vurdu: 1 ölü, 11 yaralı var
Ağdamda daha 73 nəfər köçürülüb
Federasiya prezidenti, vitse-prezident və baş məşqçi həbsdən buraxılıblar - Araz Musayevin bıçaqlanma olayı
ABŞ Ukraynaya "Patriot" göndərir - 105 milyon dollarlıq
KTN-də tendersiz sövdələşmə - 842 minlik layihə ilə bağlı iddia
Pensiyalar nə qədər artırıla bilər? - DETALLAR
SOCAR-da "Ümumdünya Keyfiyyət Həftəsi 2025" təşəbbüsü çərçivəsində tədbir keçirilib - FOTO
Orta Dəhlizlə bağlı Birgə Təşəbbüs" sənədi imzalanıb
Saytlara girişdə yaranan qlobal problem təkrarlana bilər - "Cloudflare" üzr istədi, lakin...
Müdafiə naziri: "Moskva kiberhücumlar, casusluq, sabotaj və..."