"Onların bizi qorxutmaq üçün əllərində heç nə yoxdur” - Saakaşvilidən gürcü hakimiyyətinə ismarıc

img

24-10-2015 [18:18]


Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili qapadılmış "Rustavi 2” telekanalı ətrafında gedən proseslərlə bağlı bəyanat verib. 

Musavat.com-un məlumatına görə, eks-prezident qeyd edib ki, Gürcüstan cəmiyyəti ölkənin bataqlığa qayıtmasına imkan verməyəcək.

Saakaşvili indiki hakimiyyəti 2007-ci ildə - "İmedi” telekanalı bağlandıqdan sonra göstərdiyi davranışı göstərməyə, yəni istefaya çağırıb:

"Gürcüstanda ağır günlər yaşanır. Bizi təzədən çıxdığımız bataqlığa salmağa çalışırlar. Lakin heç bir maniakal varlıqlar, heç bir cəhd millətdə azad sözə sevgini öldürə bilməz. Biz bütün əngəlləri aşaçağıq.  "Rustavi 2”, bütün Gürcüstan azad olacaq. Biz yadda saxlamalıyıq ki, hakimiyyətə şərə əsaslanan yalan əsasında gələnlər zəifdir, xüsusən də indi. Ona görə onlardan qorxmağa dəyməz. Onların bizi qorxutmaq üçün əllərində heç nə yoxdur”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA