"Türkiyə bu 28 dövlətə qarşı mübarizə aparır" - PKK-ın arxasındakı güclər

img

24-10-2015 [12:03]


Türkiyədə terror törədən PKK-ya 28 ölkə dəstək verir".

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri, Ədalət və İnkişaf Partiyasının Ankara üzrə millət vəkilliyinə namizədi Cəmil Çiçək Gölbaşı "Müəllimlər evi" vətəndaş cəmiyyətinin üzvləri ilə görüşündə bildirib.

Bir sıra dövlətlərin Türkiyədə törədilən terrorları dəstəklədiyini söyləyən C.Çiçək daha sonra vurğulayıb: "Türkiyədə törədilən terrorun arxasında bəzən eyni qibləyə durduğumuz, bir ittifaqda olduğumuz, bəzən isə hər ikisi bir yerdə olan beynəlxalq güclər durur. "Dövlətin bu qədər əsgəri var, niyə bu iti yuvasın soxmur, yaxud məhv etmir?" kimi düşünmək yanlışdır. Türkiyə 3-5 terrorçu qrupa qarşı mübarizə aparmır. Terrorçu PKK-nın arxasında 28 dövlət durur. Türkiyə bu 28 dövlətə qarşı mübarizə aparır". 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA