20-10-2015 [11:42]
Azərbaycan Dövlət Musiqili Teatr daha bir premyeraya hazırlaşır.
Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu Mia.az-a bildirib ki, söhbət Xalq yazıçısı Elçinin "Baladadaşın toy hamamı” komediyasından gedir.
Məşq prosesində olan tamaşanın quruluşçu-rejissoru, Xalq artisti, "Şöhrət” ordenli Cənnət Səlimova "Baladadaşın toy hamamı”nda teatrla kinonun sintezini araya-ərsəyə gətirməyə çalışıb.
"Məşqləri xeyli vaxtdır ki, davam edən bu səhnə əsəri Xalq yazıçısı Elçinin eyni adlı hekayəsi əsasında hazılanır. Əsərdə belə bir yer var ki, toy ərəfəsində olan Baladadaşla kənd hamamının müdiri arasında münaqişə yaranır. Bakı kəndlərinin adətinə görə evlənən oğlan toydan qabaq mütləq bəy hamamına getməlidir.Kənddə isə yanlız bir hamam var. Toy günü hamı gözləyir ki, Baladadaş kənd hamamına gedəcək və müdirdən xahiş-minnət edəcək. Amma Baladadaş öz qürurunu hər şeydən üstün tutaraq bir bəy kimi kənd hamamında deyil, Xəzər dənizində çimməyə qərar verir. Tamaşada bu çox vacib məqamlardan biridir. Biz epizodu tamaşaçılara daha dolğun formada çatdırmaq istədiyimiz üçün qərara gəldik bu səhnəni – Baladadaşın "bəy hamamını” - dənizdə çimməsini lentə alıb nümayiş etdirək. Belə də həm müəllif fikrini daha effektli şəklidə ifadə etmək, həm də teatrla kinonun sintezini yaratmaq mümkündür. Havaların soyuq keçməsinə baxmayaraq bir neçə gün öncə Mərdəkanda çəkilişlər apardıq. Baladadaş obrazının ifaçısı, teatrımızın gənc və istedadlı aktyorlarından biri Əmrah Dadaşov əsl fədakarlıq etdi. Havanın soyuq olmasına baxmayaraq, dənizdə çimdi. Həmin kadrlar tamaşa zamanı monitor vasitəsilə nümayiş olunacaq”, - deyə Cənnət Səlimova bildirib.
Qeyd edək ki, tamaşanın bəstəkarı Firudin Allahverdi, drijoru Fəxrəddin Atayev, quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeystrləri Yelena və Zakir Ağayevlərdir.
Tamaşada səslənəcək manhnıların sözləri Vüqar Əbdülova məxsusdur. Tamaşada əsas obrazları Xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Nahidə Orucova, Əkbər Əlizadə, Emma Məlikova, aktyorlar Əmrah Dadaşov, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov və başqaları ifa edəcəklər.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub