Türkiyədə dəhşətli terroru törədən şübhəlilərdən biri azərbaycanlı qadın çıxdı - Konsul təsdiqlədi (FOTO)

img

16-10-2015 [22:38]


Ankarada baş verən terror aktı ilə bağlı şübhəli şəxslər siyahısında adı çəkilən Ülkər Məmmədovanın Azərbaycan vətəndaşı olması təsdiqlənib. 

Mia.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov məlumat verib. O bildirib ki, bununla bağlı Türkiyənin hüquq-mühafizə orqanlarına göndərilən sorğuya artıq cavab gəlib: "Həmin cavabla hər şey məlum oldu. Ülkər Məmmədova Azərbaycan vətəndaşıdır. Lakin o, uzun illər Türkiyədə yaşayıb. Məsələ ilə bağlı araşdırmalarımız davam edir”.

Xatırladaq ki, oktyabrın 10-da Ankarada törədilən partlayış nəticəsində 100 nəfər ölüb, yüzlərlə şəxs yaralanıb. Terror aktının törədilməsində şübhəli bilinən və İŞİD üzvü olduqları bildirilən 21 nəfərin adı açıqlanıb və fotoları yayınlanıb. Ülkər Məmmədovanın da adı bu siyahıdadır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA