Ərdoğan bütün proqramını ləğv etdi – AB-dən bəyanat, Putindən teleqram

img

10-10-2015 [16:15]


Türkiyə paytaxtında bu gün səhər saatlarında baş verən partlayış ölkənin siyasi gündəmini dəyişib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan bu günə olan bütün proqramını ləğv edərək Dövlət Təhlükəsizlik Şurasının iclasını çağırıb.

СHP sədri Kamal Kılıçdaroğlu da bu günə təyin edilən mitinqini təxirə salaraq İstanbula qayıdıb. 

Artıq Avropa Birliyi (AB) baş verən olaya ilk reaksiyanı verib. Qurum Ankaradakı terroru barbarcasına hücum adlandırıb.

Rusiya prezidenti Vladimir Putin Ərdoğana teleqram vuraraq baş verən qanlı olayda həyatını itirənlərə başsağlığı verib və Türkiyənin acısını paylaşdığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA