Ruslar Əsədin müxaliflərini belə vurdu - VİDEO

img

08-10-2015 [13:20]


Suriya ordusunun ötən gün müxaliflərə qarşı başlatdığı əməliyyatda ilk uğur əldə olunub. 

 Axar.az Rusiya Müdafiə Nazirliyinə yaxınlığı ilə tanınan "Zvezda” kanalına istinadən xəbər verir ki, Bəşər Əsədin qüvvələri sutka ərzində Həma vilayətinin şimalında 70 km-ə yaxın irəliləyib. Hazırda Suriya ordusunun Rusiya Hərbi Hava Qüvvələrinin dəstəyi ilə Latamna şəhərinə doğru hərəkət etdiyi, müxaliflərin isə İdlibin cənubuna, Türkiyə sərhədlərinə doğru çəkildiyi bildirilir. Kanal əməliyyatdan eksklüziv görüntüləri də yayımlayıb. 

 Qeyd edək ki, ötən gün səhər saatlarında Rusiya Hərbi Hava Qüvvələrinin müxalifləri bombalamasından sonra Suriya ordusu quru əməliyyatlarına başlayıb. 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA