“Rusiyanın son müdaxiləsi böyük bir səhv idi" - Baş nazir

img

08-10-2015 [13:15]


Türkiyənin Baş naziri Əhməd Davudoğlu III Dünya savaşının başlanması ilə bağlı fikirlərini bölüşüb.  

Mia.az Axar.az-a istinadən xəbər verir ki, hökumət rəhbəri hələ ki belə bir təhlükənin yaranmadığını deyib:  

"Rusiyanın son müdaxiləsi, xüsusilə sərhədlərimizi pozması böyük bir səhv idi. Suriya daxilində olan böhran Türkiyəni də cənginə ala bilər. Hüquq pozuntuları davam edərsə, nə olacağını demək çox çətindir. Diplomatik danışıqlar davam edir. Müharibənin bir hissəsi olmaq istəmirik. Dünya savaşının yaranmaması üçün hər kəs həssas olmalıdır. Hazırda belə bir narahatlığımız yoxdur. Bunun üçün təhlükəsizlik toplantısı keçirdik, özünümzdəki günlərdə yenə keçirəcəyik. Baş qərargah rəisi Azərbaycandan qayıtdı, onunla təkrar danışdım. Biz ölkəmizin gələcəyi, millətimizin xoşbəxtliyi üçün hər cür ssenariyə hazır olmalıyıq”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA