08-10-2015 [09:46]
Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin Azərbaycanın Braziliyadakı səfirliyində təqdimatı keçirilib.
Mia.az azərtac-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən səfir Elnur Sultanov Arzu Əliyevanın layihə rəhbəri olduğu sənədli filmin faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunduğunu diqqətə çatdırıb. Diplomat qeyd edib ki, filmin çəkilməsində məqsəd faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan xalqının tarixi rolunu, Bakı neftinin strateji əhəmiyyətini bütün dünyaya göstərmək və eyni zamanda, bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaqdır. O, filmin təqdim edilməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna dərin təşəkkürünü bildirib.
Səfir E.Sultanov vurğulayıb ki, çəkilişləri 14 ay davam edən sənədli filminin üzərində iş zamanı bir sıra ölkələrin arxivlərində çoxlu sayda sənəd araşdırılıb. Bildirilib ki, filmdə İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından – neft uğrunda savaş prizmasından baxılır.
Filmin aktual xarakter daşıdığını bildirən səfir dünyanın müxtəlif yerlərində zorakılığın, ekstremizmin, etnik təmizləmə, qaçqın böhranı və digər mənfi halların davam etdiyini vurğulayaraq ölkəmizin torpaqlarının 20 faizinin Ermənistan tərəfindən iyirmi ildən artıqdır işğal olduğunu qonaqların diqqətinə çatdırıb. Diplomat filmin sülh, ədalət və təhlükəsizliyin bərqərar olunması və beynəlxalq hüquqa riayət edilməsi üçün güclü ismarıc göndərdiyini vurğulayıb.
Sənədli film qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Filmin gələcəkdə də Braziliyada nümayiş etdirilməsi məqsədilə müxtəlif təkliflər səsləndirilib.
Tədbirdə Braziliyanın dövlət rəsmiləri, bu ölkədə akkreditə olunan diplomatik korpusun rəhbərləri, akademik dairələrin, yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan səfirliyinin əməkdaşları iştirak ediblər.



Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub