"Buna bizim səbr etməyimiz mümkün deyil" - Ərdoğan Rusiya və İrana xəbərdarlıq etdi

img

06-10-2015 [18:05]


Brüsseldə səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  Rusiyanı Suriyaya təcavüzünə görə sərt şəkildə ittiham edib.

Avropa.info xəbər verir ki, Ərdoğan Rusiyanı təcavüzkar adlandırıb.

"Suriya ilə Türkiyə arasındakı sərhəd  911 kilometrdir. İraq ilə də  351 kilometr sərhədimiz var.
 
Bizə  təkcə Suriyadan qaçqın gəlməyib. Fərq qoymadan qaçqınları ölkəmizdə qəbul edirik. Təkcə İstanbulda 400 mindən çox  suriyalı var. Onlara 7.8 milyard dollar yardım ayırmışıq. Biz açıq qapı siyasəti həyata keçirdik. Suriya rejimi xalqına qarşı bombalardan istifadə edir. Belə bir vaxtda sərhədimizə dirənən qaçqınlara geri qayıdın deyə bilməzdik. 
 
Diktator  Əsədin saxlanılmasına tərəfdar olanlar var. Onu  qorumağa çalışanlar var. İran və Rusiya bunların başında durur. Rusiyanın Suriyada etdikləri ortadadır,  özünə bir baza yaratmaq istəyir və bizim sərhədlərimizi pozmağa cəhd edir. Buna bizim səbr etməyimiz mümkün deyil".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA