Nigeriyada Azərbaycan mədəniyyəti təmsil olundu- Foto

img

05-10-2015 [11:24]


Oktyabrın 3- də Nigeriyanın Laqos şəhərində Banana Mədəniyyət Festivalı təşkil edilib.

Festival zamanı Laqos şəhərində yaşayan 18 ölkənin (Mərakeş, Tunis, Əlcəzair, Misir, Fransa, İtaliya, Kenya, Nigeriya, Qana, CAR, Seneqal, İngiltərə, Türkiyə, Kot d`İvuar və s.) nümayəndələri öz ölkələrinin tarixi, mədəniyyəti, mətbəxi, musiqisini tərənnüm etmişlər.

Azərbaycanı bu tədbirdə ölkədə yaşayan yeganə azərbaycanlı Billurə Bayramova təmsil etmişdir. Festval zamanı Azərbaycanın ləziz yeməklərindən dolma, qutab, plov, paxlava qonaqlara təqdim edilmişdir. Ölkə mediasına və qonaqlara Azərbaycan Respublikasının tarixi, mədəniyyəti barəsində məlumat verilmişdir. Qonaqlar arasında müxtəlif ölkələrin səfirləri, Laqosda yerləşən dönya şöhrətli şirkətlərin nümayəndələri və Nigeriyanın mədəniyyət naziri və digər məmurları iştirak etmişdir. Festivalın təşkilində əsas məqsəd ölkələrin öz hüdudlarından kənarda təmsil etmək və təbliğ etmək, digər ölkə təamları, musiqi, milli bəzək əşyaları,mədəniyyəti və tarixi haqqında dolğun məlumat ala bilməkdir.

Xeberlent.az

images/gallery/14951/1254.jpegimages/gallery/14951/1253.jpegimages/gallery/14951/1252.jpegimages/gallery/14951/1251.jpegimages/gallery/14951/1250.jpegimages/gallery/14951/1249.jpegimages/gallery/14951/1248.jpegimages/gallery/14951/1247.jpegimages/gallery/14951/1246.jpegimages/gallery/14951/1245.jpeg

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA